Icma.az
close
up
RU
Həyatı yarımçıq qaldı, arzuları gerçəkləşdi

Həyatı yarımçıq qaldı, arzuları gerçəkləşdi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şəhidlər ölməz, Vətən bölünməz” ifadəsi Azərbaycan xalqının yaddaşına həkk olunmuş müqəddəs bir and, sarsılmaz bir inamdır. Bu sözlər sadəcə şüar deyil, əsrlər boyu torpaq uğrunda canından keçən igidlərin qanı ilə yazılmış həqiqətdir. Şəhidlik ən ali zirvədir. Bu zirvəyə ucalan insan cismani olaraq aramızdan getsə də, adı və ruhu xalqın qəlbində əbədi yaşayır. Onların xatirəsi yaşadıqca, millətin birliyi və Vətənə bağlılığı daha da möhkəmlənir.

Vətən anlayışı hər bir insan üçün doğma torpaq, ana dili, bayraq və tarix deməkdir. Bu dəyərlər təhlükə altına düşəndə xalq öz qəhrəman övladlarını önə verir. Şəhidlər məhz bu müqəddəs dəyərləri qorumaq üçün canlarından keçirlər. Onların fədakarlığı nəticəsində Vətən bütöv qalır, sərhədlər qorunur, bayraq azad səmalarda dalğalanır.

Rüstəmov Mikayıl Ənvər oğlu da Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adı ehtiramla çəkilən, Vətən yolunda canından keçərək şəhidliyin zirvəsinə ucalan igidlərdən biridir. Onun həyatı, mübarizəsi və müqəddəs amal uğrunda göstərdiyi fədakarlıq bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Bu ucalığa yalnız Vətəni canından artıq sevən, torpağın hər qarışını namus bilən insanlar yüksələ bilir. Mikayıl da məhz belə oğullardan idi.

O, 1970-ci il yanvarın 1-də Ağdam rayonunun Bağbanlı kəndində dünyaya göz açıb. 1977-ci ildə Bağbanlar kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1987-ci ildə isə həmin məktəbi əla qiymətlərlə bitirib. 1988-ci ilin yayında ordu sıralarına çağırılıb. Hərbi xidmətini Çexoslovakiya Respublikasında keçirib. Xidməti dövründə bacarığına və davranışına görə fəxri fərmanla təltif olunub. Xidməti bitirməsinə dörd ay qalmış, 1990-cı ilin fevralında “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 1990-cı ilin iyun ayında baş serjant rütbəsində ordudan tərxis olunub.

Qardaşı ehtiyatda olan polis zabiti Elşən Rüstəmov Mikayılla bağlı xatirələrini bölüşərkən ömrünü Vətən naminə qurban vermiş vətənpərvər, cəsur, mərd bir insanın həyat yoluna işıq saldıq. Öyrəndik ki, Mikayıl evin sonbeşiyi olduğundan hər zaman əzizlənərmiş. Uşaqlıqdan milli-mənəvi dəyərlərlə böyüyən qəhrəmanımız mərdliyi, sədaqəti və dürüstlüyü ilə yaşıdlarından seçilərdi:

“Məktəb illərində müəllimlərinin və yoldaşlarının hörmətini qazanmışdı. Vətən haqqında danışanda gözlərində xüsusi bir parıltı yaranırdı. Hələ o zamanlardan torpaq, bayraq, dövlət anlayışları onun üçün müqəddəs idi. Mikayıl Azərbaycanın keçdiyi çətin tarixi mərhələlər, işğal altında qalan torpaqlarımız barədə eşitdikcə qəlbində bir gün bu torpaqları azad görmək arzusu böyüyürdü”.

Hər bir gənc kimi onun da arzuları, planları vardı. Ailəsinə dayaq olmaq, cəmiyyətə faydalı bir insan kimi yetişmək istəyirdi. Bu səbəbdən hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməyi düşünürdü. Ailədə hər kəs ali təhsil almışdı. Valideynləri bir gün sonbeşik övladlarının da öz arzularının arxasınca gedib qarşısına qoyduğu məqsədlərə çatacağını ümidlə gözləyirdilər. Lakin atalar demişkən: “Sən saydığını say, gör fələk nə sayır”.

Qardaşı Elşən müəllim deyir ki, Mikayıl xidmətdən qayıdarkən artıq vətənimizin, eləcə də doğma el-obamızın başı üzərini çox böyük təhlükə almışdı:

“Vətənini, doğma el-obasını canından artıq sevən Mikayıl baş verənlərə təbii ki, səssiz qalmadı. Vətənin dar günündə tərəddüd etmədən silaha sarılmaq, torpaqların müdafiəsinə qalxmaq onun üçün seçim yox, borc idi. Çünki o anlayırdı ki, azadlıq və müstəqillik yalnız sözlə deyil, qanla, canla qorunur”.

Beləcə, Azərbaycan əsgəri kimi xidmətə başlayanda Mikayıl artıq öz taleyini Vətənin taleyi ilə birləşdirmişdi. Döyüş meydanı insanın əsl simasını ortaya qoyur. Mikayıl Ənvər oğlu da ən çətin anlarda cəsarəti və soyuqqanlılığı ilə seçildi. Silahdaşlarının xatirələrində o, hər zaman ön sırada gedən, təhlükədən qorxmayan, ruh yüksəkliyi ilə döyüşən bir əsgər kimi qaldı. O bilirdi ki, arxasında xalq dayanır, gözlər Vətən oğullarının üzərindədir. Bu məsuliyyət onu daha da mətinləşdirirdi. Hər bir addımında Azərbaycan bayrağının şərəfini qoruduğunu hiss edirdi.

Qəhrəman döyüşçümüzün bölük komandiri olan leytenant Fəxri Cəfərov Mikayılla bağlı xatirələrini bizimlə bölüşərkən onun çox igid, cəsur, vətənsevər bir oğlan olduğunu deyir. Qeyd edir ki, mənfur düşmən 90-cı illərdə kəndlərimizə hücuma başlayanda vəziyyət hər yerdə çox ağır idi:

“Biz kənddə dayaq dəstələri düzəldib hər axşam kəndimizi qoruyurduq. Mikayıl da o dəstələrə qoşulardı. Hər axşam çıxıb postlarda durardı. 1991-ci ildə Milli Qəhrəman polkovnik-leytenant Şirin Mirzəyev Ağdama gəlib rayon və kəndlərdə nizami ordu yaratmaq üçün dəstələr yığırdı. O zaman Bağbanlarda da olmuşdu. Və kəndimizin igid oğulları həmin vaxt ordu sıralarına yazıldı. Mikayıl da öz dostları İqbal Məmmədov, Rövşən Qarayev, Elyaz Budaqov və digərlərilə yazılmışdı. Beləcə kəndin vətənpərvər, qorxmaz, igid oğulları könüllü olaraq kəndimizi qorumaq üçün mübarizəyə başladı”.

Fəxri Cəfərov deyir ki, Mikayıl çox cavan olmasına baxmayaraq, bütün döyüşlərdə iştirak etməyə can atardı:

“Bilirsiniz, o vaxtlar silah az idi. Bağbanlar rotasında 140-a qədər qəhrəman döyüşürdü. Amma 25 silahımız var idi. Ordu yavaş-yavaş formalaşırdı. Şirin Mirzəyev gənc əsgərləri döyüşlərə buraxmamaq üçün Çullu kəndində tədris batalyonu yaratdı. Ora da təcrübəli zabit lazım idi. Mikayıl da bacarıqlı döyüşçü olduğu üçün və silahla düzgün rəftar etdiyinə görə Şirin Mirzəyev onu da gənc əsgərləri öyrətmək üçün tədris batalyonuna yazdı. Baxmayaraq ki, Mikayıl tədris batalyonunda idi, lakin hər axşam ratsiya ilə kəndin vəziyyətini soruşar, döyüşlərin nə yerdə olduğu ilə maraqlanardı”.

Qəhrəman döyüşçü yalnız Ağdam kəndlərində deyil, Ağdərə, Xocavənd rayonunun kəndlərinin qorunmasında da iştirak edib. Əmirallar, Manik, Küçan, Abdal-Gülablı, Ağbulaq, Pircamal, Aranzəmin, Sırxavənd, Qazançı, Fərrux, Naxçıvanik döyüşlərində qəhrəmancasına vuruşub. Komandiri deyir ki, o, heç bir döyüşdən qalmaq istəmirdi:

“1992-ci il mayın 15-də ermənilər Abdal-Gülablı kəndini işğal etdilər. Həmin vaxt Şirin Mirzəyev kəndi qaytarmağımızın vacib olduğunu vurğuladı və biz bütün gücümüzlə kəndə hücum edib təzədən geri qaytarmağa başladıq. Həmin vaxt Mikayıl da tədris batalyonunda olmasına baxmayaraq, kömək üçün kəndə gəlib bizimlə bərabər döyüşdü. Və biz Abdal-Gülablı kəndini geri alaraq erməniləri oradan təmizlədik. Mikayıl axşama qədər bu döyüşdə iştirak etdi. Axşam qayıdanda qrad mərmisi onun yanına düşür və qəhrəman el-oğlumuz torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalır.

Mikayıldan başqa kəndimizdən şəhidlərimiz çox olub. Mikayılın elə həmyaşlarından Əliyev Vüqar Mirələm oğlu, Hüseynov Sabir ağa oğlu, Əliyev Elmir Famil oğlu, Köçəriyev Zülfüqar Binnət oğlu, Nurməmmədov Saleh Əhməd oğlu, Əliyev Hüseyn Həsən oğlu. Çox təəssüflər ki, bu adlar çoxluq təşkil edir. Heyif ki, bizim Mikayıl kimi, Sabir kimi, Vüqar kimi, Elmir kimi oğlanlarımız şəhid oldu. Amma təsəllimiz budur ki, qəhrəman oğullarımız doğma torpaqlarımız uğrunda ən uca zirvəni fəth etdilər”.

Şəhidlik zirvəsi müqəddəs bir məqamdır. Bu zirvəyə ucalan insan ölmür, əksinə əbədiyyət qazanır. Mikayıl da öz qanı ilə torpağı suvararaq adını tarixə yazdı. Onun canı bahasına qorunan torpaq bu gün azaddırsa, bu azadlıqda onun da payı var. Şəhidin həyatı yarımçıq qalsa da, idealları tamamlanıb, arzusu gerçəkləşib. Çünki Vətən azaddır, bayraq dalğalanır, xalq başı dik yaşayır.

Bu gün Mikayılın ailəsi üçün ən böyük təsəlli onun məzarının azadlıqda olmasıdır. İllərlə bu acını da qəlblərində ağır bir dərd olaraq gəzdirən Rüstəmovlar ailəsi artıq Mikayılı məzarı başında dərin bir ehtiramla yad edir. Onların kədəri böyük olsa da, qəhrəman el-oğlunun Vətən yolunda şəhid olması bu kədəri ucalığa çevirir.

Azərbaycan xalqı hər zaman şəhidlərini yad edir, onların xatirəsini əziz tutur. Məktəblərdə, tədbirlərdə, anım günlərində bu igidlərin adı hörmətlə çəkilir. Çünki şəhidlər xalqın mənəvi dayağıdır.

Şəhidlik anlayışı Azərbaycan xalqının tarixində xüsusi yer tutur. Bu torpaq əsrlər boyu igidlərin qanı ilə qorunub. Mikayıl Ənvər oğlu da həmin qəhrəmanlıq ənənəsinin davamçısıdır. Onun həyat yolu gənclərə örnəkdir. Vətəni sevmək təkcə sözlə deyil, əməl ilə sübut olunur. O, bunu öz həyatı ilə göstərdi. Çətinlikdən qaçmadı, təhlükə qarşısında geri çəkilmədi, son ana qədər mübarizə apardı.

Bu gün azad səma altında rahat yaşayırıqsa, bu rahatlığın arxasında şəhidlərin qanı dayanır. Onların fədakarlığı unudulmadıqca, Azərbaycan daha da güclənəcək. Mikayılın adı gələcək nəsillərin yaddaşında Vətən sevgisinin simvolu kimi yaşayacaq. Onun qəhrəmanlığı yalnız ailəsinin deyil, bütün xalqın qürur mənbəyidir.

Hər dəfə üçrəngli bayrağımız dalğalananda, hər dəfə Dövlət Himni səslənəndə şəhidlərin ruhu qarşısında baş əyirik. Çünki bu müqəddəs dəyərlər onların canı bahasına qorunur. Mikayıl Ənvər oğlu da həmin müqəddəs zirvədə, şəhidliyin ən uca məqamında öz yerini aldı. O, cismani olaraq aramızda olmasa da, ruhu daim Vətənin keşiyindədir.

Şəhidlər ölməz, Vətən bölünməz deyimi təsadüfi yaranmayıb. Bu sözlərin arxasında Mikayıl kimi igidlərin taleyi dayanır. Onların həyatı qısa ola bilər, lakin mənası sonsuzdur. Şəhidlik zirvəsinə ucalmaq hər insana qismət olmur. Bu zirvə yalnız seçilmiş, cəsur və imanlı Vətən oğullarına nəsib olur.

Rüstəmov Mikayıl Ənvər oğlunun xatirəsi daim qəlblərdə yaşayacaq. Onun göstərdiyi igidlik, sədaqət və vətənpərvərlik gələcək nəsillərə yol göstərəcək bir mayakdır. Azərbaycan xalqı belə oğulları ilə fəxr edir və onların müqəddəs xatirəsini hər zaman uca tutur. Vətən uğrunda canından keçən hər bir şəhid kimi, Mikayıl da tariximizin şərəfli səhifəsində əbədi yaşayacaq.

Şəhidlər ölməz, çünki onların idealları yaşayır. Onların arzusu azad və güclü Azərbaycan idi. Bu amal hər bir gəncin qəlbində yaşadıqca Vətən də bölünməz qalacaq. Şəhidlərin ruhu qarşısında baş əyərək demək olar ki, onların canı bahasına qorunan torpaq əbədi olaraq bizimdir və bizim olaraq qalacaq.

Elnurə İsaxan, herbiand.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri