Icma.az
close
up
RU
Heydər Əliyev və Azərbaycan əlifbası: Kimliyimizin yazılı kodu

Heydər Əliyev və Azərbaycan əlifbası: Kimliyimizin yazılı kodu

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Əlifba – sadəcə hərflər toplusu deyil. O, bir xalqın yaddaşı, keçmişi və gələcəyidir. Hər bir hərf bir nəfəs, bir səs, bir nəfər deməkdir. Və bu səslər birləşərək millətin varlığını yazır – kitabda, abidədə, məktəbdə, konstitusiyada…

Azərbaycan xalqı bu yazını zaman-zaman fərqli əlifbalarla yazsa da, hər dəfə onun arxasında öz kimliyini qoruyub saxlayıb. Amma bu proses heç də həmişə asan olmayıb. Əlifba dəyişiklikləri bəzən zərurət, bəzən təzyiq, bəzən isə dirənişin, azadlıq arzusunun ifadəsi olub. 

Və elə bir məqam gəlib ki, bu seçim artıq xalqın öz iradəsi ilə reallaşıb. Bu məqamın adı Heydər Əliyevdir. Əgər tarixə nəzər salsaq, görərik ki, Azərbaycan dili tarix boyu ərəb, latın, kiril əlifbaları ilə yazılıb. Hər bir əlifba dəyişdikdə, sadəcə yazı yox, eyni zamanda düşüncə, mətn, dilin ritmi, xalqın yaddaşı da dəyişirdi. Sovet dövründə kiril əlifbası ilə yazmaq təkcə texniki dəyişiklik deyildi – bu, ideoloji basqının bir forması idi. Amma 1991-ci ildən sonra xalqın qarşısında yeni bir sual dururdu: biz kimik və necə yazmalıyıq?

Bu zaman səhnəyə Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyev çıxdı. O, sadəcə siyasi lider deyil, xalqın düşüncə kodlarını oxuya bilən dövlət adamı idi. O bilirdi ki, azad dövlətin azad əlifbası olmalıdır. Və bu əlifba latın qrafikası olmalıdır – çağdaş dünyanın, texnologiyanın, modern düşüncənin açarı.

1992-ci ildən başlayaraq Azərbaycanda latın əlifbasına keçidlə bağlı müzakirələr başladı. Amma bu keçidin gerçəkləşməsi üçün siyasi iradə, xalq dəstəyi və sabitlik lazım idi. Bu iradəni də, sabitliyi də Heydər Əliyev yaratdı.2001-ci ildə onun imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında” fərman təkcə bir təqvim dəyişikliyi deyildi. Bu fərmanla 1 avqust rəsmi olaraq Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Bu gün artıq hər il milli kimliyimizin, dilə olan sevgimizin, dövlətçiliyimizin rəmzi kimi qeyd olunur. Heydər Əliyev üçün Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, milli varlığın təməli idi. 1978-ci ildə SSRİ kimi sərt bir rejimdə Azərbaycan dilini Konstitusiyada dövlət dili kimi təsbit etdirmək onun uzaqgörənliyinin və milli duyğusunun göstəricisidir. Ulu Öndər deyirdi:

 “Dil – millətin, xalqın ruhudur. Hər bir xalqın, hər bir millətin milliliyini saxlayan onun dilidir.”

Arzu Bağırova,

Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri