Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Zəngəzur dəhlizi ilə bağlı detallar: Azərbaycanı bu sənəddə ən çox nə maraqlandırır?

Zəngəzur dəhlizi ilə bağlı detallar: Azərbaycanı bu sənəddə ən çox nə maraqlandırır?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ və Ermənistan Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək tranzit dəhlizi ilə bağlı ilk əsas detalları açıqlayıblar. 

Dəhliz ABŞ tərəfindən idarə olunacaq. Sənəd ictimaiyyətə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın danışıqlarından sonra təqdim olunub. 

ABŞ-Ermənistan sazişinə görə, İrəvan ABŞ hökumətinin nəzarətində olan xüsusi şirkətə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılacaq yol üzrə uzunmüddətli və müstəsna hüquqlar verəcək. Bu razılaşma ötən ilin avqustunda Vaşinqtonda əldə olunub. 

Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın Ağ evdə ev sahibliyi ilə bir araya gəliblər. Üç liderin imzaladığı birgə bəyanatda bildirilir ki, Ermənistan Sünik vilayəti vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında maneəsiz əlaqəni təmin edəcək. 

Rubio və Mirzoyan arasında aparılan danışıqlarından sonra TRIPP-in icra çərçivəsi açıqlanıb. Sənəddə deyilir ki, ABŞ-Ermənistan şirkəti tranzit dəhlizi boyunca dəmir yolu, avtomobil yolu, enerji təchizatı xətləri və digər infrastruktur obyektləri inşa edəcək, onlardan əldə olunan gəlirləri azı 49 il müddətində idarə edib toplayacaq. 

“Ermənistan “TRIPP Development” şirkətində ABŞ-yə 74 faiz pay təklif etməyi, özünə isə 26 faiz pay saxlamağı nəzərdə tutur. Bu razılaşmanın əlavə 50 il müddətinə uzadılması, Ermənistan hökumətinin payının 49 faizə çatdırılması gözlənilir”, - səkkiz səhifəlik sənəddə deyilir. 

Sənəddə o da vurğulanır ki, Ermənistanın TRIPP vasitəsilə ticarət və tranzit üzrə sərhəd nəzarəti və gömrük məsələləri üzərində tam səlahiyyəti olacaq.

“Ermənistanın sərhəd və gömrük əməliyyatları üzərində suverenliyi və yurisdiksiyası mütləqdir və müzakirə mövzusu deyil”, - sənəddə belə qeyd edilir. 

Rubio Dövlət Departamentində Mirzoyanı qarşıladıqdan sonra mətbuata açıqlamasında oxşar təminatları dilə gətirib: 

“TRIPP bir yandan Ermənistanı biznesə açır, onun iqtisadi rifahına imkan yaradır, digər yandan bu, Ermənistanın suverenliyinə heç bir şəkildə xələl gətirmir”. 

Çərçivə sənədinə görə, “TRIPP Development” şirkəti işə özəl operatorlar cəlb edəcək, onlar müştəri ilə birbaşa təmas xidmətləri göstərəcək, sənədləri ilkin yoxlama üçün yığacaq, yüklərdən, fərdi səyahətçilərdən tranzit haqları toplayacaq. 

Ermənistan rəsmiləri isə ölkənin bütün sərhəd və gömrük obyektlərində fiziki mövcudluğu saxlayacaq, son gömrük qərarlarını və rəsmiləşdirməni aparacaq, immiqrasiya nəzarətini təmin edəcəklər. Azərbaycanın bu marşrut boyunca insanlar və yüklərin Ermənistan sərhəd yoxlamalarından azad olunmasını tələb edirdi. 

Paşinyan isə sentyabrda deyirdi ki, erməni zabitləri ilə azərbaycanlı səyahətçilərin fiziki təmasının olmaması üçün müasir texnologiyalardan istifadə olunacaq. İcra çərçivəsində qeyd edilir ki, sənədləşdirmə işləri elektron qaydada təqdim ediləcək və işlənəcək. İnsanlar, nəqliyyat vasitələri və yüklər üçün, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında differensiallaşdırılmış prosedurların tətbiqi nəzərdə tutulur. 

Qeyd edək ki, Azərbaycan tərəfi bu sənədlə bağlı rəsmi mövqeyini hələ açıqlamayıb. Lakin Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində bildirib ki, TRIPP elə Azərbaycanın 2020-ci ildə Qarabağ müharibəsindən bəri tələb etdiyi Zəngəzur dəhlizinə bənzəyir: “Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.

Ararat Mirzoyan və Marko Rubio tərəfindən elan edilən sənəd isə daha çox Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Development”in bir növ əsasnaməsini və ya fəaliyyət mexanizmlərini özündə əks etdirir. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ ötən ilin sonlarına yaxın “Tramp marşrutu”nun inşası və idarəedilıməsi ilə məşğul olacaq Ermənistan-ABŞ birgə şirkətinin yaradıldığını demişdi. Paşinyan bu şirkətin Ermənistan ərazisində qeydiyyatdan keçdikdən sonra fəaliyyətə başlayacağını açıqlamışdı. 

Ermənistan tərəfinin məlumatına görə, birgə şirkətin, yəni “TRIPP Develeopment” in dövlət qeydiyyatına alınması mart ayına gözlənilir. Ararat Mirzoyan və Marko Rubio hələlik “Tramp marşrutu”nun yaradılması istiqamətində görüləcək işlərin bir qismini açıqlayıblar. Digər məsələlər isə görünür, müzakirə mərhələsindədir. 

“İcra çərçivə”sindən aydın olur ki, “TRIPP layihəsi”nin keçdiyi nəqliyyat-tranzit dəhlizi autsorsinq prinsipi əsasında ABŞ-nin idarəçiliyinə verilir. Qeyd edək ki, 2025-ci il avqustun 8-də imzalanmış sənəddə marşrutun keçdiyi ərazinin 99 il müddətinə ABŞ-yə icarəyə verilməsi nəzərdə tutulur. 

Lakin sonradan aparılan müzakirələr nəticəsində icra müddəti iki müddətə bölünüb. Birinci mərhələ ABŞ-Ermənistan şirkətinin dəhlizi 49 illiyə idarə etməsi razılaşdırılıb. İkinci mərhələdə isə idarəetmə müddəti 50 il müddətinə uzadıla bilər. Bu isə yəqin ki, 50 il sonra ABŞ tərəfinin layihəyə marağından və onun nə qədər rentabelli olmasından asılı olacaq. 

Sənəddə diqqəti çəkən məqamlardan biri şirkətin idarəedilməsi və gəlirlər üzrə pay bölgüsü ilə bağlıdır. Əvvəllər ABŞ-nin 60 faiz, Ermənistanın 40 faiz pay bölgüsünə sahib olacağı haqda məlumatlar yayılsa da, sonra aparılan danışıqlarda sonradan fərqli razılaşma əldə edilib. 

ABŞ-nin payı artırılaraq 74 faiz çatıdırılıb. Hələlik, 26 faizlə kifayətlənən Ermənistan əgər dəhlizin 50 il müddətinə idarə edilməsi ilə bağlı ikinci müqavilə imzalanarsa, 49 faiz pay say sahibi ola bilər. 

Azərbaycanı daha çox maraqlandıran məsələ Zəngəzur dəhlizi ilə hərəkətin maneəsiz və təhlükəsiz keçidinin təmin olunması ilə bağlıdır. Yəni Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respubalikası arasında vətəndaşlar, mallar və nəqliyyat vasitələri Ermənistan tərəfindən sərhəd-buraxılış və gömrük nəzarətindən keçmədən hərəkət etməlidir. 

2025-ci il avqustun 8-də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun yaradılması ilə bağlı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış razılaşmada bu şərt öz əksini tapıb. Rəsmi Bakı Azərbaycan vətəndaşları ilə Ermənistan hərbçilərinin birbaşa təmasda olmasını istəmir. 

Ona görə də Nikol Paşinyan yoxlamaların fiziki təmas olmadan, yəni elektron şəkildə həyata keçirilməsini təklif edir. Ancaq təhlkəsizliyin təmin edilməsi prosedurları “İcra sazişi”ndə öz əksini tapmayıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Zəngəzur dəhlizi Marko Rubio Ararat Mirzoyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see168

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see140

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri