“Ermənistanın ABŞ a yaxınlaşması İran Ermənistan münasibətlərində gərginlik yaradıb” POLİTOLOQ
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
O, 10 yanvardan bəri İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunu vurğulayıb. Diplomat xatırladıb ki, Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb.
Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.
Gununsesi.infobildirir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu vurğulayıb ki, səfirin söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər:
“Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birlərinə iradları olmayıb. Ancaq Ermənistan baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib. İran səfirinin “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması ikili münasibətlərdə mövcud vəziyyətdən xəbər verir. Aydındır ki, səfir İran Xarici İşlər Nazirliyinin təlimatı əsasında Ermənistan hökumətinin siyasətini sərt tənqid edib. İran səfirliyi qarşısında İrəvanda yaşayan iranlıların ölkələrindəki etiraza dəstək verməsi səfirin narazılığına səbəb olu”.
O qeyd edib ki, səfiri narazı salan həm də Ermənistan polisinin səfirlik qarşısında etiraza şərait yaratması olub:
“İranlı diplomat “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” cümləsiylə İrəvanın Tehranı arxa çevirdiyini demək istəyib. Səfirin son cümləsini belə də oxumaq olar: “Azərbaycan torpaqlarının işğalında Sizə vediyimiz dəstəyi unutduz”.
Nikol Paşinyan İranda gec və ya tez rejimin dəyişəcəyinin fərqindədir. Ona görə o qəddar rejimlə tərəfdaş olmaqdansa, dünyanın superdövləti ABŞ-a sıx tərəfdaşlığa üstünlük verib. Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə də yaxşı dərsdir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















