Hikmət Hacıyev: Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri 6 lıq modelini formalaşdırır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
"Son aylarda Prezident İlham Əliyev Türkmənistan, Tacikistan və Qazaxıstana səfərlər edib. Hazırda Qazaxıstana dövlət səfərindədir".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda qeyd edib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin münasibətləri “5+1” formulu ilə təsvir edilirdisə, bu gün həmin konsepsiya riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib.
“Artıq bu münasibətlər vahid "6-lıq" modelini formalaşdırır. Bu, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığına əsaslanan inteqrasiyanın dərinləşməsini və ortaq taleyi əks etdirən geosiyasi vahidliyin təzahürüdür,” – Hikmət Hacıyev qeyd edib.
https://twitter.com/HikmetHajiyev/status/1980526575163720067
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















