Icma.az
close
up
RU
Hikmət Hacıyev Qafqazda sülhün zəruriliyini vurğulayıb

Hikmət Hacıyev Qafqazda sülhün zəruriliyini vurğulayıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasa, regionumuzda tamamilə fərqli reallıqlar yarana bilər.

Bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi həll olunub və Azərbaycan bu prosesdə strateji səbir, strateji liderlik nümayiş etdirib. Lakin müharibəni qazandıqdan sonra sülhü də qazanmaq vacib məsələdir. Biz bu mübarizədə Prezident İlham Əliyevin strateji düşüncəsi və liderliyi ilə sülhə nail olduq. Hazırda Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sonuncu məsələnin həllini gözləyir və bundan sonra yekun sülh sazişinin imzalanması reallığa çevriləcək.

Hikmət Hacıyev onu da bildirib ki, Azərbaycan Yaxın Şərqdə baş verən regional proseslərdən narahatdır və biz özümüzü ətraf regionda uzunmüddətli qeyri-sabitliyə hazırlayırıq. O vurğulayıb ki, hazırda Ermənistan cəmiyyətində də görülən müəyyən tendensiyalar narahatedicidir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür. Daha bir narahatedici məqam isə revanşizmin Ermənistan gəncləri arasında da mövcud olmasıdır. Təəssüf ki, onlar hələ də prosesə revanşizm düşüncəsi ilə yanaşırlar. Bu səbəbdən Ermənistan Hökuməti öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmalıdır: “Azərbaycan tərəfi olaraq bizim strateji qətiyyətimiz var. Məqsədimiz sülh gündəliyini həyata keçirmək, onu ərazidə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan regional arxitektura qurmaqdır. Bu, Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilər”.

O davam edərək vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi. İllərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir: “Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək. Biz Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik”.

Prezidentin köməkçisi daha sonra bildirib ki, ABŞ-ın regionda daha geniş və fəal iştirakı gözlənilir. ABŞ-ın Mərkəzi Asiya və daha geniş Xəzər regionuna münasibətdə yeni geostrateji düşüncəsinin formalaşdığını da müşahidə edirik. Azərbaycan və ABŞ münasibətləri isə tamamilə yeni mərhələyə yüksəlib. Azərbaycan–Ermənistan sülh prosesində ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası təqdirəlayiq rol oynayıb. “Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü. Onlar bildirdilər ki, sülh gündəliyini dəstəkləyirlər. Nəticə olaraq Prezident Tramp öz siyasi çəkisini bu prosesə yönəltdi”, - deyə o vurğulayıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri