Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Hindistan Ermənistanı sürətlə silahlandırır Sülhə hansı təhdidlər var?

Hindistan Ermənistanı sürətlə silahlandırır Sülhə hansı təhdidlər var?

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra sürətli şəkildə silahlanması regional sabitliyə, sülh prosesinə ciddi təhdid yaradır. Məlumdur ki, İrəvanı silahlandıran əsas tərəfdaşları Fransa və Hindistandır. Xüsusilə 44 günlük müharibədən sonra Ermənistanın Hindistanla hərbi əməkdaşlığı genişlənməkdədir. İki ölkənin yüksək səviyyəli rəsmiləri arasında davamlı qarşılıqlı səfərlər həyata keçirilir ki, bu zaman da danışıqlarda əsas mövzu məhz hərbi sahə ilə bağlı olur.

Eyni zamanda, burada siyasi məsələlər də özünü göstərir. Azərbaycan Pakistanla çox yaxın dostluq münasibətlərinə malikdir, hər zaman qarşılıqlı olaraq iki dövlət bir-birinə dəstək verib. Hindistan və Pakistan arasında Kəşmir problemi var. Pakistan işğal faktına görə hələ də Ermənistanla diplomatik əlaqələr qurmayıb. İrəvan və Dehlinin yaxınlaşmasında bu faktorlar əsas rol oynayır.

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanda səfərdə olub və həmkarı Subrahmanyam Caiyşankar ilə görüşüb. Görüş zamanı hərbi sahədə əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu o deməkdir ki, iki ölkə hərbi sahədə əməkdaşlığı daha da artıracaq.

Mövzunu "525"ə şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib ki, son bir ildə Ermənistanla Hindistan arasında hərbi texniki müqavilə əsasındakı satışlar 2,6 milyard dollar təşkil edib ki, bu da son dörd ildə Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər, gecəgörmə cihazları və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilənin bağlanması nəticəsində baş verib.

"Biz görürük ki, Ermənistan 2025-ci il üçün hərbi büdcəni 20 fazi artıraraq, büdcədən silahlanmaya ayrılan vəsaiti 1,71 milyard ABŞ dollarına çatdırıb. Bu da Ermənistanın ÜDM-nin 6 faizini təşkil edir. Ermənistan üçün bu, ciddi bir rəqəm sayıla bilər. Hər il hərbi büdcəni artırması, Hindistanla bu müqavilələr əsasında silahlanmanın həyata keçirilməsi  bir qədər də Hindistanın Ermənistanı Azərbaycanla yeni münaqişəyə hazırlaması kimi də qiymətləndirmək olar. Çünki bir çox maraqlı ölkələr var ki, Cənubi Qafqazda Ermənistanı cəsarətləndirərək bölgəni yeni bir münaqişə vəziyyətinə gətirmək, qarşıdurma yaratmaq, bölgədə yaranmış reallıqlardan özlərinin strateji maraqları üçün istifadə etmək planlarını həyata keçirmək istəyirlər", - ekspert deyib.

E.Şıxəliyev əlavə edib ki, Ermənistanla Hindistanın əlaqələri 2020-ci ildən sonra Cənubi Qafqazda, xüsusilə də Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibədən sonrakı reallıqda yeni hərbi tərəfdaşlıq axtarmaq məcburiyyətindən irəli gəlir: "Bu tərəfdaşların axtarışında da Ermənistan əsas tərəfdaşlarının Hindistan və Fransa olacağını göstərmiş oldu. O zamandan bəri Ermənistanla Hindistan rəsmiləri arasında bir çox görüşlər keçirilib. Bu görüşlərin nəticəsində də Ermənistan Hindistandan sürətlə silahlanmanın həyata keçirilməsi proqramını qəbul etdi və buna kifayət qədər maliyyə ayırdılar. Ermənistanın və Hindistanın müdafiə nazirləri arasında imzalanan hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Hindistan sürətlə Ermənistanı silahlandırmağa başladı. Bu silahlandırmanın içərisində əsas Ermənistanın ehtiyacları, hava hücumundan müdafiə sistemləri, zenit raket kompleksləri, hava, yer-yer hava raketləri sistemləri oldu. Öncəliyi hava hücumundan müdafiə sistemlərinə verməklə Hindistandan "Akash" raket zenit raket komplekslərini artıq təmin etmiş oldu. Ermənistanın bir nömrəli prioriteti hava hücumundan müdafiə sistemləri oldu. Çünki 44 günlük müharibədə silahlı qüvvələrimiz Ermənistanın hava hücumundan müdafiə sistemlərini 80-90 faiz sıradan çıxarmışdı və çox böyük boşluq yaranmışdı. Təxminən 15 ədəd "Akash"ın alınması üçün Hindistanla 720 milyon dollar dəyərində müqavilə imzalandı. Bundan sonra Ermənistanın diqqəti Hindistanda digər silahlara yönəldi ki, bunlardan da biri "BrahMos" hava-yer sinifli qanadlı raketlər idi. Eyni zamanda, "Pinaka" reaktiv sistemlərini də Ermənistan Hindistandan tədarük edəcək. Bundan başqa, Hindistan 155 mm-lik "ATAGS" haubitsalarını da Ermənistan silahlı qüvvələrinə tədarük edəcək.

Bu anlaşmanın, müqavilələrin, tərəfdaşlığın zirvəsini Hindistanın   "Pralay" ballistik raketinin silahlanmaya daxil edilməsi təşkil edə bilər. Bu raket sistemləri 500 km-ə qədər orta və uzun mənzilli balistik raketlərdir. Ermənistan-Hindistan hərbi əməkdaşlığı çox ciddi hərbi-texniki əməkdaşlıq sayıla bilər və ciddi təhdid yaradan elementlərdir. Xüsusən mümkün ola biləcək yeni münaqişədə Ermənistanın sürətli silahlanması onun sülh sazişindən daha çox vaxt qazanaraq əlində olan hərbi-texniki arsenalı, xüsusilə Hindistandan aldığı silahları Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Hindistann Ermənistanla həm hərbi-texniki, həm də siyasi münasibətlərin davamında maraqlıdır". 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli isə "525"ə deyib ki, həqiqətən də Hindistan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandıran əsas ölkələrdən birinə çevrilib: "Mən burda xüsusilə iki ölkənin adını qeyd etmək istəyirdim, Hindistan və Fransa. Mütəmadi olaraq Ermənistan rəsmiləri Hindistana səfərlər edir, Hindistan rəsmiləri isə Ermənistana gəlirlər. Son illər iki ölkə arasında hərbi əlaqələr xeyli dərinləşib. Qeyd etdiyimiz kimi, Hindistan artıq Ermənistanın əsas silah tədarükçülərindən birinə çevrilib. Vaxtilə qonşu ölkənin ərazilərini işğal edib, 30 ilə yaxın bu işğal siyasətini davam etdirən və hələ də təcavüzkar planlarından əl çəkməyən Ermənistan kimi dövləti yenidən silahlandırmaq əlbəttə ki,  bölgədə sülhə xidmət etmir. Bununla bağlı Azərbaycan rəsmi olaraq da öz mövqeyini ifadə edib, eyni zamanda Azərbaycan cəmiyyəti də o mövqedədir ki, Ermənistanın yenidən silahlandırılması regionda münaqişə riskini artırır. Amma təəssüf ki, Hindistan və Fransa kimi ölkələr regionda öz maraqlarını təmin etmək üçün Ermənistanı silahlandırmaqda davam edirlər".

Ekspert əlavə edib ki, görünən odur ki, bu siyasətlərindən də imtina etmək fikrində deyillər: "Son günlər Hindistan və Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri də bunu deməyə əsas verir".

Ermənistanın silahlandırılmasının hansı məqsədə xidmət etməsinə gəlincə, ekspert deyib ki, Ermənistan kimi ölkənin silahlandırılması ilk növbədə bu ölkəni silahlandıran dövlətlərin müəyyən geosiyasi, eyni zamanda digər maraqlarına xidmət edir: "İlk növbədə bu ölkələr Ermənistan vasitəsilə regionda yeni bir geosiyasi konfiqurasiya formalaşdırmağa, öz mövqelərini gücləndirməyə çalışırlar. Təbii ki, burada digər məqsədlər də var. Əlbəttə ki, Hindistanın Ermənistana silah tədarükündə dediyim bir sıra maraq və məqsədlər var. Birincisi, hərbi-texniki maraqla bağlıdır. Hindistan çalışır ki, dünya silah bazarında öz mövqeyini gücləndirsin və ona görə də silah satışını şaxələndirmək, yeni bazarlar tapmaq marağındadır və Ermənistan da Hindistan silahını alan əsas ölkələrdən birinə çevrilib. Onu da əlavə etmək istəyərdim ki, Hindistanın dünya silah bazarında elə də güclü mövqeyi yoxdur. Hindistandan silah alan ölkələrin siyahısına baxanda görürük ki, həmin ölkələr daha çox üçüncü dünya dövlətləridir. Yəni bu da ondan xəbər verir ki, Hindistan silahına beynəlxalq silah bazarında elə də ciddi maraq yoxdur. Ermənistanın təbii ki, Hindistandan silah almaq marağı həm də hərbi texniki səbəblərlə bağlıdır. İlk növbədə o səbəbdən ki, Ermənistanın balansında olan rus sovet silah sistemlərinə Hindistandan alınan silahlar daha tez inteqrasiya olunur. Hindistanın da vaxtilə hərbi sənayesinin qurulmasında Sovet İttifaqı, daha sonra Rusiya ilə əməkdaşlıq böyük rol oynayıb. Bu səbəbdən də Ermənistan maraqlıdır ki, həm də nisbətən ucuz qiymətə Hindistandan silahlar alıb və bu silahları qısa müddət ərzində öz balansında olan sistemlərə inteqrasiya edir. Təbii ki, digər maraqlar da var. Burada mən ilk növbədə Hindistanın maraqlarını qeyd etmək istəyərdim. Yəni söhbət geosiyasi maraqlardan gedir".

Ekspert deyib ki, Azərbaycan və Pakistan strateji tərəfdaşlardır, son illərdə iki ölkə arasında tərəfdaşlıq xeyli dərinləşib: "Pakistan Hindistanın regionda əsas rəqibidir. Buna əks olaraq düşünürəm ki, Dehli də çalışır ki, Cənubi Qafqazda öz mövqeyini, yəni Azərbaycan-Pakistan oxuna qarşı bir növ Hindistan-Ermənistan oxu formalaşdırsın. Hər halda hesab edirəm ki, ola bilsin belə geosiyasi maraqlar da var. Rəsmi Dehlidə onu da nəzərə almalıdırlar ki, Azərbaycan-Pakistan tərəfdaşlığı, müttəfiqliyi heç bir halda üçüncü tərəfə qarşı deyil. Azərbaycan dövlətinin belə bir məqsədi yoxdur. Ancaq görünür ki, rəsmi Dehlidə Azərbaycan-Pakistan münasibətlərinə bir qədər fərqli yanaşırlar. Eyni zamanda, bilirsiniz ki, Ermənistanın da hərbi-texniki maraqlardan əlavə digər maraqları da var. Bu da ondan ibarətdir ki Ermənitanın Baş naziri bəyan edib ki, ölkəsi çoxvektorlu xarici siyasət yürütməyə çalışacaq. Bu o deməkdir ki, Ermənistan dünyanın digər güc mərkəzləri ilə də, o cümlədən Hindistanla əlaqələrini dərinləşdirmək siyasəti həyata keçirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri