Hindistan informasiya müharibəsinə keçir: Qərb mediası ilə əlaqə yasaqlandı KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistan hökuməti dövlət qurumlarına və vəzifəli şəxslərə Qərb informasiya agentlikləri ilə əməkdaşlıq etməməyi tapşırıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, bu qərar ölkədə media sahəsində fövqəladə rejimə keçid prosesi ilə paralel həyata keçirilir. Rəsmi Dehli eyni zamanda sosial media platforması X (keçmiş Twitter) ilə də gərginlik yaşayır. Belə ki, hökumət 8000-dən artıq hesabın bloklanması və ya məhdudlaşdırılması üçün xəbərdarlıq edib.
Bu addımlar Hindistan-Pakistan sərhədindəki hərbi gərginliyin fonunda informasiya axınına ciddi nəzarət məqsədi daşıyır və ölkənin informasiya məkanında “hərbi rejimə keçid” kimi qiymətləndirilir.
Mediada filtrasiya və milli təhlükəsizlik məsələləri fonunda Hindistanın bu strategiyası beynəlxalq media dairələrində də ciddi müzakirələrə səbəb olub.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 May 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















