Icma.az
close
up
RU
Hitlerin heç vaxt yayımlanmayan filmi: Bakının fəthi

Hitlerin heç vaxt yayımlanmayan filmi: Bakının fəthi

Icma.az, Axar.az saytına istinadən bildirir.

Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər.

Bakının və Qafqazın ələ keçirilməsi üçün hazırlanan əsas hərbi əməliyyatın adı “Edelveys” idi. Hitler Bakı neftinə o qədər önəm verirdi ki, generallarına müraciətlə deyirdi: “Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”.

Almanlar Bakını tutacaqlarına o qədər əmin idilər ki, hələ 1941-ci ildə şəhərin gələcək idarəçiliyi üçün struktur qurmuşdular. Qafqaz Reyxskomisarlığı yaradılmış və general fon Nikolas Bakı şəhərinin gələcək hərbi komendantı vəzifəsinə təyin edilmişdi. O, şəhəri hansı binalardan idarə edəcəyini belə xəritə üzərində qeyd etmişdi.

Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı.

Yozef Göbbelsin rəhbərliyi altında alman təbliğat maşını hələ qələbə qazanılmamış “qələbə filmləri” hazırlayırdı. Bakının ələ keçirilməsini əks etdirən xüsusilə dekorasiyalar vasitəsilə kadrlar hazırlanmışdı ki, şəhər süqut edən kimi dərhal nümayiş etdirilsin.

Bakı 25 sentyabr 1942-ci ildə almanların nəzarətinə keçməli idi. Buna görə də dünyanın ən zəngin neft şəhəri olan Bakının alman torpağı olmasını qarşısına hədəf qoyan Hitler tapşırıq vermişdi ki, bu tarixə xüsusi hazırlıq görülsün.

Mühacir azərbaycanlıların fotoları əsasında İçərişəhərin dar küçələri, Qız qalası və neft buruqlarının maketləri elə dəqiqliklə hazırlanmışdı ki, filmdəki çəkilişlərin həqiqətən Bakıda aparıldığını düşünmək olardı.

1942-ci ilin yaz aylarından ssenarist Hans Vaydemani tərəfindən Bakının 1918-1919-cu illərdə şəkilləri əks olunan poçt markaları, şəkillər və rəsmlərdən istifadə edərək UFA studiyası tərəfindən film çəkilişləri başlanmışdı.

Filmin çəkilişləri zamanı Berlin yaxınlığındakı dekorasiyalarda neft quyularını işə salan “yerli sakinlər” və “neftçilər” rolunu alman aktyorları və bəzi mühacirlər canlandırırdı.

Almanlar Bakı limanını və Xəzər dənizini də filmə daxil etmək istəyirdilər. Bunun üçün Berlindəki göllərin birində Xəzər sahilinin maketi qurulmuşdu.

Almanlar Qafqaza doğru irəliləyəndə özləri ilə Bakı üçün hazırlanmış minlərlə “Qələbə bayrağı” və üzərində alman dilində Bakı küçələrinin adları yazılmış yol nişanları gətirirdilər. Bütün bunlar həmin filmdə “real kadrlar” kimi istifadə olunmalı idi.

Almanların Bakının ələ keçirilməsi üçün böyük bayramda nümayiş etdirilməsi üçün “Bakı qələbəsi” adlı film Hitlerin tapşırığına uyğun olaraq bütün kinostudiyalarda, ön cəbhələrdə və almanların nəzarət etdiyi bütün yerlərdə nümayiş etdirilməli, 25 sentyabr Bakının ələ keçirilməsi günü isə ümumxalq bayram olmalı idi.

Bakının işğalından sonra dövriyyəyə buraxılacaq poçt markaları belə dizayn edilmişdi. Bu markaların üzərində alman qartalı və Bakının mənzərələri əks olunmuşdu.

Almanların bu ideyası həyata keçmədi, amma film çəkildi, sadəcə nümayiş etdirilməsi mümkün olmadı. Hazırda alman hərbi arxivində bu video lent saxlanılır.

Hitler Bakını o qədər arzulayırdı ki, onun şəxsi kitabxanasında Bakı neft sənayesinə dair 19-cu əsrdən qalma alman dilində kitablar və xəritələr tapılmışdı. O, şəhəri sadəcə bir hərbi hədəf deyil, həm də Reyxin iqtisadi ürəyi hesab edirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 May 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri