Icma.az
close
up
RU
Hökumə Əliyevanın şücaəti, təmkinliliyi, peşəkarlığı və güclü xarakteri qadınlara ilham olacaqdır DEPUTAT

Hökumə Əliyevanın şücaəti, təmkinliliyi, peşəkarlığı və güclü xarakteri qadınlara ilham olacaqdır DEPUTAT

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hökumə Əliyevanın şücaəti, təmkinliliyi, peşəkarlığı və güclü xarakteri qadınlara ilham olacaqdır" - DEPUTAT

Dövlət başçısı İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.

Təyyarənin ekipaj üzvlərindən Aydan Rəhimli isə Azərbaycan Respublikası Prezidenti tərəfindən 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub. Bununla da, Aydan bu yüksək ordenlə təltif olunan ilk Azərbaycan qadını olaraq tarixə düşüb.

Hökümə Əliyeva isə 32 ildən sonra "Milli Qəhrəman" fəxri adı ilə təltif olunan ilk Azərbaycan qadınıdır. Bunadək birinci Qarabağ müharibəsi dönəmində şəhid jurnalist Salatın Əsgərova və şəhid hərbi tibb bacısı Gültəkin Əsgərova bu fəxri ada layiq görülmüşdü. Allah hər birinə rəhmət eləsin!

25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən ekipaj üzvü Hökumə Əliyeva xidməti vəzifəsini layiqincə yerinə yetirərək, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərib və özü isə baş verən partlayışda həlak olub.

Hökumə Əliyeva son ana qədər vəzifə borcunu yerinə yetirərək, sərnişinlərin təhlükəsizliyi üçün əlindən gələni edib. Hər zaman Hökumə Azərbaycan xalqının yaddaşında əsl fədakarlıq simvolu kimi qalacaq, onun şücaəti, təmkinliliyi, peşəkarlığı, güclü xarakteri qadınlara ilham olacaqdır.

Cənab Prezident pilotlar və ekipaj üzvləri haqqında bildirmişdi ki, onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. O, xüsusilə qadın ekipaj üzvlərinin fədakarlığını yüksək qiymətləndirdiyini bildirmişdir. Onlar özləri də stres vəziyyətində olmalarına baxmayaraq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün böyük iradə nümayiş etdirmişdir.

Bu gün ailələrinə qovuşan yaralılar sevinc yaşayır və bu sevinc yaşansın deyə İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyeva əsl insanlıq və peşəkarlıq dərsini keçib qəlblərə əbədi yazıldılar.

Çarəsizlik içində böyük qəhrəmanlıq göstərən, öz ölümləri bahasına insanların həyatını xilas edən ekipaj üzvləri ilə bugün bütün Azərbaycan xalqı fəxr edir!

Hökumə Əliyeva yalnız öz dövründəki qadınlar üçün deyil, gələcək nəsillər üçün də əsl ilham mənbəyi olacaqdır.

Səmalarda əbədi yaşayan səs: "Hər şey yaxşı olacaq" - demişdi Hökümə Əliyeva.

Əsl Azərbaycan xanımı, sənin qarşında baş əyirik. Məkanın cənnət olsun!

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 30 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri