Icma.az
close
up
RU
Hökumətin proqnoz göstəriciləri geri gedir

Hökumətin proqnoz göstəriciləri geri gedir

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Maliyyə Nazirliyi 2025-ci il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb.

Gununsesi.info xəbər verir ki, proqnoz göstəricilərində geriləmə var.

Məsələn, nazirliyin dünən, avqustun 19-da açıqlanan “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər”ində bu il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 3 faiz artacağı proqnozlaşdırılır: “…2025-ci ildə ÜDM-in real artımı 3 faiz olmaqla nominal ifadədə 129.9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0.7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM 93.5 milyard manata (əvvəlki proqnoza nəzərən 1.3 milyard manat çox) çatacağı gözlənilir”.

Amma ilin əvvəlində bildirilmişdi ki, ÜDM-də 3.7 faiz artım proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsi (DSK) bugünlərdə bildirib ki, hələlik, bu ilin yeddi ayında ÜDM-də artım cəmi 0.9 faiz olub.

“Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4.9 faizdən 4.6 faizə endirilib”, – sənəddə bildirilir.

Sənəddə inflyasiya gözləntisinin isə artdığı qeyd edilir: “2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4.6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqustunda təqdim edilmiş proqnoza əsasən, inflyasiya 5.4 faiz səviyyəsində gözlənilir”.

DSK bu ilin yeddi ayında inflyasiyanı 5 faiz açıqlayıb.

Azərbaycanda müstəqil iqtisadçılar bu rəqəmlərin özlərinə belə şübhə ilə yanaşırlar. Onların iddiasına görə, Azərbaycanda real inflyasiya ikirəqəmlidir. Üstəlik, onlar ÜDM-in də 3 faiz artacağına şübhə edirlər. Sual edirlər ki, altı ayda ÜDM cəmi 0.9 faiz artıbsa, növbəti altı ayda nə baş verəcək ki, həmin rəqəm 3 faizə yüksələcək.

İqtisadçılardan Natiq Cəfərli isə vurğulayıb ki, 0.9 faiz əslində artım deyil: “Sözün qısası, hörmətli hökumət, vəziyyət qəlizləşir, iqtisadiyyatımız daralır, bu ilin ilk yeddi ayında ÜDM cəmi 0.9 faiz artıb, əslində isə azalıb, çünki iqtisadi nəzəriyyələrə görə, 2 faizdən aşağı ÜDM artımı normal sayılmır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri