Humanoid robotların istehsalı artır
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
"Boston Dynamics" şirkəti (ABŞ) ötən il tam elektriklə işləyən, eyni zamanda da daha manevrli "Atlas" modelini təqdim etdikdən sonra humanoid robototexnika sahəsində rəqabət güclənib.
Reyting.az xəbər verir ki, hazırda "Figure AI", "Tesla", "Unitree" və "1X Technologies", həmçinin digər bu cür texnologiya şirkətləri yeni nəsil humanoidlərin üzərində işləyirlər.
"Figure AI" şirkəti bu sahədə xeyli irəliləyiş əldə edib. Artıq şirkət real müştərilərə robot satmağa başlayıb və 1 il ərzində 12 minədək belə robot istehsal etməyi planlaşdırır.
"1X Technologies" bəyan edib ki, 2025-ci ilin sonuna qədər yüzlərlə bu cür robotları evlərdə yerləşdirməyi hədəfləyiblər.
ABŞ-nın "Figure" şirkəti ilə dünya şöhrətli "BMW" şirkətinin əməkdaşlığı sayəsində isə çox sürətlə humanoidlərin istehsalat xətlərinə çıxışı təmin edilir.

Digər güclü rəqib olan "Sanctuary AI", həmçinin "1X" şirkətinin hər biri isə artıq bu sahədə 100 milyon dollardan çox investisiya cəlb edə bilib.
Hələlik ümumi texniki göstəricilərə görə, Çinin "Unitree" şirkətinin istehsalı olan "Unitree H1" robotu liderdir. "Unitree H1" robotu saniyədə 3,3 metr sürətlə hərəkət etməklə, dünyada ən sürətli humanoid hesab olunur.
Ekspertlər bildirirlər ki, humanoid robotlar artıq tədqiqat mərhələsindən çıxıb və indi onlar ev təsərrüfatı, sənaye tətbiqlərinə, digər sahələrə doğru böyük sürətlə addımlayırlar.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:“Unitree” nin yaradıcısı humanoid robotların inkişafını qiymətləndirib
23 Fevral 2026 13:08
Çin humanoid robotların tədarükünün 97 faizinə sahibdir
10 Avqust 2026 17:16
ABŞ Çin istehsalı humanoid robotlara məhdudiyyət qoydu
29 İyul 2026 08:55
Çində humanoid robotların kütləvi istehsalına bu ilin sonunda başlanıla bilər
30 Yanvar 2025 15:09
“Nvidia” və “Unitree” humanoid robotların hazırlanması üçün etalon platforma təqdim edib
01 İyun 2026 21:08
Baxış sayı:143
Bu xəbər 22 Sentyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















