Hüseynbala Mirələmovun səhhəti pisləşib Türkiyəyə aparıldı AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Keçmiş deputat, yazıçı Hüseynbala Mirələmov hazırda Türkiyədə xəstəxanadadır.
"AzPolitika" xəbər verir ki, bu barədə "modern.az"-a onun özü bildirib.
"Hazırda Türkiyədə xəstəxanadayam. Heç cür danışmağa imkan yoxdur",- deyə sabiq deputat ona zəng edən əməkdaşımıza bildirib.
Yazıçıdan xəstəliyinin nə olduğunu soruşduqda, o, suala cavab verməkdən yayınıb və "nə isə" deməklə kifayətlənib.
Xatırladaq ki, Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.
O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət komitələrinin üzvü olub. Məlum hərəkəti ilə "məhşurlaşıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















