Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

I Pyotr Minerva ilə Bir rəsmin dedikləri

I Pyotr Minerva ilə Bir rəsmin dedikləri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Cəmilə Məmmədovadır. Onunla məşhur italyan rəssamı Yakopo Amiconinin "I Pyotr Minerva ilə" əsərindən danışmışıq.

Yakopo Amiconi 1685-ci ildə anadan olub. O, təkcə İtaliyada yox, İspaniya, Almaniya və digər Qərbi Avropa ölkələrində də fəaliyyət göstərib. Yaradıcılığının ilk illərində dini və mifoloji səhnələrə üstünlük verib. Lakin sələflərin baxış bucağı şimal hissəyə meyilləndikcə onun da yaradıcılığı fərqli istiqamətdə formalaşıb və Yakopo artıq tanrıları, onların həyatından bəhs edən sujetləri təsvir etməyə başlayıb. Onun yaradıcılığı barokko dövrünün sonu, rokokko dövrünün ortalarına təsadüf edir. Təhsilinə Venesiyada başlasa da, yaradıcılığının əsas hissəsini Almaniyada davam etdirib. Rəssam 1752-ci ildə İspaniyada vəfat edib.

- Bu əsər Yakopo yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Əsərin yaranması 1732-1734-cü illərə təsadüf edir. Tabloda I Pyotr, onun yanında isə döyüş tanrısı Minerva yer alıb. I Pyotrun hökmranlığı dövrü mövzusu günümüzdə də aktualdır. Bu aktuallıq XVII-XIX əsrlərdə də özünü göstərirdi. Pyotr və onun kimi tarixi şəxsiyyətlərin obrazının daha görkəmli şəkildə verilməsi üçün bir çox rəssamlar, heykəltaraşlar məsləhətləşərək hərəkət edirdilər.

- Əsərin rəng həlli və kompozisiya haqqında nə deyə bilərsiniz?

- Burada rəng həlli və kompozisiya çox zəngindir. Tabloda sarı, çəhrayı, hətta ağ, göy, mavi, qəhvəyi rəngin tonlarını görürük. Əsər tünd tonda verilib, bununla yanaşı, qəhrəmanı daha əzəmətli göstərmək üçün qaranlıq təsvir edilib.

Əsər alleqorik janrdadır və kətan üzərində yağlı boya ilə işlənilib. I Pyotrun yanında verilən döyüş tanrısı Minerva sadə şəkildə geyinib. Minerva Pyotra heyranlıqla baxarkən, I Pyotr tamaşaçılara əzmli baxış sərgiləyir. Bu iki əsas obrazla yanaşı, tabloda iki kiçik mələk də (bəzən putti də deyilir) yer alır. Onlardan biri I Pyotra hökmdar tacını verir və sanki onu təbrik edir, uğurlu mübarizəsində dəstəkləyirmiş kimi göstərilir. Fondakı gəmilər isə sabit dayanıb, həmçinin dəniz də dalğalı deyil. Əsərdə yer alan çalğı alətləri əsgərləri müharibəyə ruhlandırmaq üçündür. Onlardan ikisi əsərin sol aşağı hissəsində, biri isə I Pyotrun ayağının altında yer almaqdadır. I Pyotrun arxasında təsvir olunan detal yunan memarlıq xüsusiyyətlərini özündə əks etdirir. Ümumi kompozisiyada isə dinamizmin mövcud olduğunu deyə bilərik.

- Tablo hazırda harada saxlanılır?

- Əsərin ölçülərini 231x178 sm-dir və hazırda Ermitaj muzeyində saxlanılır.

- Bu işi Yakopa Amiconi yaradıcılığındakı hansı əsərlə müqayisə etmək olar?

- Yakopo Amiconinin "I Pyotr Minerva ilə" əsərini "Müğənni Farinelli və dostları" əsəri ilə müqayisə edə bilərik. "Müğənni Farinelli və dostları" əsəri 1750-1752-ci illərdə hazırlanıb. "I Pyotr Minerva ilə" əsəri isə 1732-1734-cü illərdə çəkilib. Hər iki tablo böyük ölçülüdür. Bu, əsərlərin oxşar cəhətidir. Digər oxşar cəhəti isə kətan üzərində işlənilməsidir. Fərqli cəhətlərdən danışarkən, qeyd edə bilərik ki, "Müğənni Farinelli və dostları" əsəri portret janrında yaradılıb, "I Pyotr Minerva ilə" əsəri isə alleqorik janrdadır. "Müğənni Farinelli və dostları" əsərində biz daha çox sənətə üstünlük verən şəxslərin obrazlarının yaradıldığını görürük. "I Pyotr Minerva ilə" əsərində isə tarixi şəxsiyyətlə dini obrazların birləşdiyini deyə bilərik. Bu iki əsərin rəng koloritində də fərqli xüsusiyyətlər sadalaya bilərik. "I Pyotr Minerva ilə" əsərində daha çox barokko yönümlü rəng tonlarından istifadə edilibsə, digər əsərdə pastel rənglərə üstünlük verilib və bütün obrazlar təbiət qoynunda təsvir edilib. "I Pyotr Minerva ilə" əsərində isə əzmkarlıq var. Yakopo Amiconin yaradıcılığının hər iki, yəni rokokko və barokko üslublarında inkişaf etdiyinin sübutunu bu iki əsərdə göstərə bilərik. Onu da qeyd etməliyik ki, "Müğənni Farinelli və dostları" tablosunda rəssamın özü də yer alıb.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Tabloda sərkərdənin müharibədən qalib çıxmış obrazını görürük. Bu əsər Pyotrun gücünü, hakimiyyətinin daima xatırlanmasını və hər zaman aktual mövzu olacağını göstərir.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri