Icma.az
close
up
RU
“İbtidai siniflərdə uşaqlar 5 7 ci sinif səviyyəsində dərslərlə yüklənir” AÇIQLAMA

“İbtidai siniflərdə uşaqlar 5 7 ci sinif səviyyəsində dərslərlə yüklənir” AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar bir çox valideynlər ibtidai siniflərdə dərs yükünün həddindən artıq olmasından şikayətlənirlər. Onların sözlərinə görə, ibtidai sinif şagirdlərinə bəzən elə mövzular və tapşırıqlar verilir ki, əslində bunlar V, VI və VII siniflərdə tədris olunmalı mövzulardır. Bu da uşaqların həm dərsə marağını azaldır, həm də onların yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmayan bir tədris mühiti yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Rizvan Hüseynov bildirdi ki, ümumiyyətlə, dünyadakı ibtidai siniflərə baxdıqda görürük ki, orada tədris olunan mövzular bizim ibtidai siniflərdə keçirilən dərslərdən daha çətindir:

"Lakin həmin mövzular konkret olaraq uşağın inkişafına yönəlib. Bizdə isə bəzi mövzular, bəli, həqiqətən də V, VI, VII sinif səviyyəsindədir və bu, uşaqları çaşdırmağa və ya onlara əlavə yüklənmə yaratmağa səbəb olur. Xarici ölkələrdəki ibtidai sinif şagirdləri adətən daha savadlı olurlar, çünki onların tədris sistemi layihə əsaslı öyrənməyə və uşağın inkişafına fokuslanıb. Hazırda bizim ibtidai siniflərdə tədris olunan bəzi dərslərin çətinliyi ilə bağlı valideynlərin şikayətləri haqlıdır. Tədris proqramına baxdıqda görünür ki, orada uşağın yaş xüsusiyyətləri və psixoloji inkişaf səviyyəsi ilə uyğunlaşmayan mövzular çoxdur. Məsələn, ibtidai sinif riyaziyyatında mürəkkəb tənliklər və kəsrlərlə bağlı əməliyyatlar bu yaş mərhələsinə uyğun deyil. Eyni zamanda, ana dilində elə qrammatik anlayışlara rast gəlinir ki, onların daha yuxarı siniflərdə tədris olunması məqsədəuyğun olardı".

Müsahibimiz qeyd edir ki, bu cür çətin və uşağın yaş xüsusiyyətlərinə uyğun olmayan mövzular şagirdin dərsə olan marağını azalda, öyrənməyə qarşı qorxu yarada və psixoloji gərginliyə səbəb ola bilər.

"Uşağın yaş inkişaf mərhələsi mütləq nəzərə alınmalıdır. 6-10 yaş aralığında uşaqlar əsasən oyun və maraq üzərindən öyrənməyə meyillidirlər. Buna görə də dərslər və proqramlar bu istiqamətdə qurulmalıdır. Çünki bu yaş dövründə abstrakt düşüncə tam formalaşmadığı üçün çətin anlayışların dərk edilməsi ibtidai sinif şagirdləri üçün çətin ola bilər. Mövzular elə qurulmalıdır ki, yaradıcılıq və tətbiqi bacarıqlar kölgədə qalmasın, uşaqda özünə inam itkisi yaranmasın. Uşaqlar hər şeyi anlamaqda çətinlik çəkdikdə özlərini zəif hiss edə bilərlər. Buna görə də yaş səviyyəsinə uyğunlaşdırılmış proqram mütləqdir. Fənlər uşağın real həyat təcrübəsinə və müşahidə imkanlarına əsaslanmalıdır. Məsələn, “həcm” anlayışını formulalarla deyil, əşyalar üzərində praktiki ölçməklə öyrətmək daha səmərəlidir. Ümumiyyətlə, uşaqlar üçün dərs bir yarışma, tapmaca, təcrübə və ya yaradıcılıq prosesi formasında qurulmalıdır. Mürəkkəb anlayışlar yalnız əsas biliklər tam mənimsənildikdən sonra verilməlidir. İbtidai siniflərdə riyaziyyat və dil bacarıqları əsas yer tutsa da, musiqi, təsviri incəsənət, idman və təbiət müşahidələri kimi fənlər də eyni dərəcədə vacibdir", - deyə Rizvan Hüseynov əlavə etdi. 

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri