Icma.az
close
up
RU
İcbari sığorta ilə əməliyyata girdi, 800 AZN aldılar ÖZBAŞINALIQ

İcbari sığorta ilə əməliyyata girdi, 800 AZN aldılar ÖZBAŞINALIQ

Icma.az, Tribuna saytına istinadən bildirir.

Redaksiyamıza müraciət edən vətəndaş Əliyev Təbrizin anası bildirib ki, oğlunun sağ ayağından aldığı zədə ilə Sumqayıt Travmatologiya şöbəsinə müraciət edib.
Rentgen müayinəsindən sonra vətəndaşa ayağında üç yerdən sınıq və ya qırıq olduğu bildirilərək mil (metall konstruksiya) taxılması məqsədilə əməliyyata cəlb olunub.

Tribunainfo.az-a şikayətini bildirən vətəndaşın sözlərinə görə, əməliyyat icbari tibbi sığorta çərçivəsində aparılsa da, ondan 800 manat məbləğində ödəniş alınıb. Əməliyyatı həyata keçirən Fuad adlı cərrah olub.

Xəstənin anası səhiyyəyə şikayət etsə də, vətəndaşa “get hara şikayət edirsən, et”, – deyilib.

Halbuki TƏBİB-in məsul əməkdaşları mətbuata verdikləri açıqlamalarda, müsahibələrdə dəfələrlə bildiriblər ki, sığorta çərçivəsində keçirilən əməliyyatların, hətta orqan transplantasiyaları belə, xəstələr üçün tam ödənişsizdir.

Məlumat üçün qeyd edək ki, vətəndaşın rentgen görüntüləri də redaksiyamıza təqdim olunub.

Hadisə ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibbi ekspert, həkim-terapevt Rasif Bağırov qeyd edib ki, ümumiyyətlə, hal-hazırda cərrahi əməliyyatlarda sığorta ilə əməliyyat olunan xəstələrin heç birindən 1 manat belə pul alınmamalıdır. Mən başa düşə bilmirəm, ürəyə stend qoyurlar xəstələrdən ödəniş almırlar. Amma, xüsusilə travmotoloqların gəlib xəstələrdən bu qədər pul almağı düzgün deyil. Qanun var, pulsuz əməliyyat etməlisən. Çünki hökumət sənə sığorta ilə pul verir. Əlavə olaraq sən niyə xəstələrdən pul tələb edirsən?! Ona görə də, demək istəyirəm ki, hal-hazırda bizim də qulağımıza bəzi səs-soraqlar gəlir ki, açıq-aydın, dil ilə xəstələrdən pul istəyirlər. Bu artıq azğınlaşmadır. Əvvəlki dönəmlərdə xəstələrdən külli miqdarda pul alınırdı. İndi, həmin o pulu ala bilməyəndə azğınlaşmağa başlayıblar. Konkret qərar çıxarılıb ki, pul almaq olmaz. Bu qanunsuzluqdur.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu yolladıq. Hadisə hazırda onlar tərəfindən araşdırılır.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri