Icma.az
close
up
RU
İçki içirdim deyə arvadım danladı, mən də əsəbləşib, yumruqladım

İçki içirdim deyə arvadım danladı, mən də əsəbləşib, yumruqladım

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 17-də paytaxtın Sabunçu rayonunda baş verib. 1966-cı il təvəllüdlü Mübariz həmin gün təxminən saat 17 radələrində yaşadıqları evin mətbəx otağında rəsmi nikahda olan həyat yoldaşı Züleyxanın (adlar şərtidir – red.) ona aqresiv formada cavab qaytarması səbəbindən mübahisə edib. 
Münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı o, qəsdən yumruqla bir dəfə arvadının burun nahiyəsindən vurub, ona xəsarətlər yetirib. 
Mübarizin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Züleyxa ilə 1995-ci ildə ailə həyatı qurub, rəsmi nikahdadırlar, birgə nikahlarından 2 övladları var:
“Qızım ailəlidir, bizdən ayrı yaşayır. Oğlum isə subaydır, bizimlə birlikdə yaşayır. Lakin son zamanlar həyat yoldaşım Züleyxa ilə yola gedə bilmirik. Bunun başlıca səbəbi son zamanlar spirtli içki qəbul etməyim olub. Buna görə də Züleyxa mənə irad bildirib”.
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə təxminən saat 17 radələrində yaşadıqları evdə olarkən arvadı Züleyxa ilə sözlə mübahisələri baş verib:
“Evin mətbəx otağında olarkən həyat yoldaşım mənə aqressiv formada cavab qaytardığından spirtli içkinin təsiri altında yumruqla bir dəfə onun üz nahiyəsindən vurdum. Yumruq zərbəsi Züleyxanın burnundan dəydiyi üçün o, evin digər otağına keçdi və baş vermiş mübahisə sonlandı. Baş vermiş mübahisə zamanı yanımızda kimsə olmayıb”.
İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, həyat yoldaşı Mübariz səbəbsiz yerə son zamanlar onunla sözlə mübahisələr edib:
“Bunun başlıca səbəbi isə Mübariz son zamanlar həddindən artıq spirtli içki qəbul etməsi olub. Sonuncu dəfə təxminən saat 17 radələrində həyat yoldaşım spirtli içkinin təsiri altında yaşadığımız evə gəldi. Yenə də səbəbsiz olaraq aqressiv formada mənimlə mübahisə etməyə başladı. Mən də cavab qaytardıqda Mübariz yumruq zərbəsi ilə bir dəfə burnumdan vurdu. Nəticədə burnumda fiziki ağrı hiss etdiyimdən evin digər otağına keçdim. Lakin hüquq-mühafizə orqanlarına  şikayət etmədim. Buna səbəb burnumda yaranan ağırının sakitləşəcəyini düşündüm. Buna baxmayaraq həyat yoldaşım evdə spirtli içki qəbul etməyə davam etdiyi üçün ona bir daha irad bildirdim. Bu zaman Mübariz evdə münaqişə yaratmağa başladığından şikayət etdim”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri