Icma.az
close
up
RU
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO

İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Xətai rayonunun bir qrup sakini tərəfindən Hurriyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qeyd edirlər ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Birinci Qarabağ Müharibəsi şəhidlərinə qarşı hörmətsizlik edir:

"Biz, sakinlər İcra Hakimiyyətinin bu hərəkətindən utanırıq. Rafiq Quliyev Birinci Qarabağ Müharibəsinin şəhidlərinə qarşı hörmətsizlik edir.

Xətai rayonu ərazisində yerləşən 9 şəhidin şəkli olan abidə uçub-dağılıb. Bununla bağlı dəfələrlə R.Quliyevə müraciət etsək də, şikayətimizə baxılmır.

Birinci Qarabağ Müharibəsi iştirakçllarının, şəhidlərinin, veteranlarının bu dövlət və millət üçün azmı əziyyəti olub? Onlardan qan yerinə su axıb? Ayıb deyil, bu qədər ayrı-seçkilik etmək olmaz axı!

Rafiq Quliyev 9 May Qələbə Günü həmin ərazidən keçib. Heydər Əliyev parkında olan konsertdə iştirak edib. Guya, o böyüklükdə şəhid abidəsinin dağılmağını görməyib. Lövhənin vieo-görüntülərini də sizlərlə paylaşacam.

Tutaq ki, Rafiq Quliyev görməyib. Bəs, digər qurumlar? Sadəcə, sərf etmir deyə "görməyiblər". Şəhidlərə qarşı bu cür ikili münasibəti niyə yaradırlar? Niyə xalqı narazı salırlar?

Birinci Qarabağ Müharibəsinin iştirakçıları döyüşlərdə əliyalın vuruşublar. Onlar düşmənin üzərinə silahsız çıxmışdılar. 5 nəfərə 1 avtomat verilmişdi. Torpaqların 80 faizini canlarını qoyaraq almışdılar.

Şəhidlərimizin hamısına Allah rəhmət etsin. Hər biri Azərbaycan oğullarıdır. Onlara "təzə", "köhnə" adı vermək olmaz, ayıbdır.

Birinci Qarabağ Müharibəsinin iştirakçıları Elçibəyin əsgərləri, indiki oğlanlarımız isə İlham Əliyevin əsgərləridir? Belə ayırırlar? Elçibəyin, İlham Əliyevin əsgəri yox, hamısı Azərbaycan əsgərləridir. Biz oğullarımızı Azərbaycan torpaqlarına qurban vermişik. 

Hörmətli icra başçısı, xahiş edirik, bu kimi halların təkrar olunmasına imkan verməyin, Azərbaycanı hissələrə bölməyin".

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 İyun 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri