İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
"İslamofobiya təkcə sosial bir bəla deyil, həm də sosial ədalətin parçalanmasıdır".
APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
O deyib ki, bu gün cəmiyyətlərdə islamofobiyanın aydın təzahürləri nəzərə çarpır.
R. Həsənov həmçinin, Hindistan və Fransada müsəlmanlara qarşı sosial ədalətsizlikdən danışıb:
“Təəssüflər olsun ki, biz cəmiyyətlərdə islamofobiyanın aydın təzahürlərini görürük. Məsələn, Fransada ictimai diskurs, Hindistanda müsəlmanların sıxışdırılması meylləri mövcuddur. Gəlin, bu platformadan ədalətsizliyə qarşı səsimizi ucaldaq. Bilirəm ki, biz doğru terminləri tapmalıyıq, amma heç bir termin İslama qarşı ədalətsizliyi yetərincə ifadə etmir. Biz o qədər də sadəlövh deyilik ki, bir konfransla islamofobiya ilə bağlı problemləri həll edək. İslamofobiyaya həsr edilmiş beynəlxalq konfrans mütəxəssislərin bir araya gəlməsi ilə çıxış yollarının tapılması üçün bir imkandır. Gəlin elə bir dünyada yaşayaq ki, islamofobiya ilə mübarizə beynəlxalq platformaya çevrilsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 May 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















