Icma.az
close
up
RU
İctimai maraqların müdafiəsi: Dövlət hansı işlər görür?

İctimai maraqların müdafiəsi: Dövlət hansı işlər görür?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb”) 

İctimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyətin əsas məqsədlərindən biridir. Adətən ictimai maraqlar dedikdə cəmiyyətdə fərdlərin mənafe və hüquqlarının tam şəkildə qorunması, təmin olunması, şərait yaradılması və onların hüquqları ilə bağlı vaxtaşırı qanunvericilk bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. İctimai maraqları tənzimləyən və müdafiə edən dövlətdir. Eyni zamanda, müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları da öz növbəsində ictimai maraqların müdafiəsini təmin edir. 

Onu da qeyd edək ki, ictimai maraqların müdafiəsi özündə geniş spektri əhatə edir. Bu istiqamətdə əhalinin sosial müdafiəsi də aparıcı yerlərdən birini tutur. Belə ki, ehtiyacı olanlara sosial yardımın göstərilməsi, əlilliyi olan şəxslərin ləyaqətli yaşaması üçün şəraitin yaradılması əhalinin sosial müdafiəsinin mühüm komponentlərindəndir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinə yönəlik təminat sistemi artıq yaradılıb və hazırda onun daha da mükəmməlləşdirilməsi məsələsi gündəmdədir:


"Hər bir insanın sosial təminat hüququ var. Bu da Konstitusiyadan irəli gələn məsələdir. Təbii ki, ölkəmizdə də ahıllara, təminatsız olanlara münasibətdə müəyyən sosial təminatlar nəzərdə tutulub. İnsan işləyibsə, onun yığım kapitalı, sığorta stajı varsa, o müəyyən yaş həddinə çatandan sonra əmək pensiyası alacaq. Əlilliyi olanlar əlilliyə görə, ailə başçısını itirənlər də əmək pensiyası təminatı ilə təmin olunublar. Şəxs işləməyibsə, yaxud da kapital yığımı yoxdursa, onların təminatını dövlət öz üzərinə götürür və onlara 220 manat həcmində yaşa görə müavinət verilir".

Bundan əlavə, ekspertin qeyd etdiyi kimi, 2006-cı ildən davam edən ünvanlı dövlət sosial yardım proqramı çərçivəsində azyaşlı uşaqlara müavinət də ödənilir:

"Ailədə 1 yaşına çatmayan uşaqlar varsa, onlara ünvanlı dövlət sosial yardımından əlavə müavinət də verilir. Təbii ki, burada verilən müavinətin miqdarı ilə bağlı hansısa suallar meydana çıxa bilər. Amma hər halda təminat sistemi yaradılıb".

Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri