Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 7 13 aprel

İdman bürcü Astroloji PROQNOZ: 7 13 aprel

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar üçün işlə bağlı əhəmiyyətli dəyişikliklər gözlənilir. Çərşənbə günü müqavilələrin imzalanması və mühüm danışıqların aparılması üçün əlverişlidir. Həftənin sonuna qədər vəziyyət gözlənilmədən xeyrinizə çevriləcək, sadəcə, tələsməyin. Həftə sonu ürəyinzcə olan qısa səfərlərə çıxacaq və köhnə dostlarla görüşəcəksiniz. Şahmat, stolüstü tennis, boks, futbol və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Buğa
Buğalar bu həftə maliyyə məsələlərində diqqətli olmalıdırlar - istənilən maliyyə əməliyyatlarının təfərrüatlarını diqqətlə yoxlayın. Bazar ertəsi və çərşənbə axşamı ailə və məişət məsələlərini həll etmək üçün əlverişlidir. Cümə gününə yaxın şəxsi həyatınızda xoş sürpriz gözlənilir. Həftəsonu yaxınlarınızla istirahət etməyə çalışın. Qaçış, qılıncoynatma, güləş, avarçəkmə, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Əkizlər
Həftə ərzində Əkizlər daha çox yaradıcı işlərlə məşğul olacaqlar. Uzun müddət təxirə saldığınız ideyaları həyata keçirmək üçün əlverişli dövrdir. Həftənin ortası karyera yüksəlişinə müsbət təsir edəcək gözlənilməz görüşlər mümkündür. Cümə axşamı alış-veriş üçün münasib gündür. Münaqişələrdən qaçın və enerjinizə qənaət. Güləş, karate, üzgüçülük və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.

Xərçəng
Xərçənglər bu həftə hiss edəcəklər ki, keçmiş xatirələri unutmağın vaxtı çatıb. Həftənin əvvəli meditasiya, özünüinkişaf üçün münasibdir. Cümə axşamından etibarən qohumlardan və ya yaxın dostlardan size sevindirəcək vacib xəbərlər mümkündür. Həftəsonu sevdiklərinizlə istirahətə vaxt ayırın. Cüdo, gimnastika, güləş, stolüstü tennis və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Şir
Şirlər üçün bu həftə yeni tanışlıqlarla yadda qalacaq. Çərşənbə axşamı və çərşənbə günü xüsusilə məhsuldar olacaq: təşəbbüskarlıq və liderlik keyfiyyətlərinizi nümayiş etdirməklə işdə uğur qazana bilərsiniz. Cümə günü lazımsız alış-verişdən yayının. Tələsik qərarlar verməkdən də uzaq olun. Yaradıcılıqla məşğul olun və ya maraqlı tədbirlərdə iştirak edin. Futzal, basketbol, güləş, minifutbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Qız
Qızların bu həftə işlə bağlı çoxdan gözlənilən mühüm layihələri başa çatdırmaq fürsəti olacaq. Çərşənbə günü bir sıra məsələlərin həllində uğurlar gözlənilir. Şəxsi münasibətlərdə cümə gününə qədər gözlənilməz dönüş mümkündür ki, bu da sizin üçün yeni perspektivlər açacaq. Həndbol, basketbol, voleybol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Tərəzi
Bu həftə Tərəzilər intuisiyalarına inanmalıdırlar. Bu halda mümkün problemlərdən yayına biləcəksiniz. Çərşənbə axşamı gələcək həyatınıza əhəmiyyətli dərəcədə təsir edə biləcək tanışlıqlar üçün əlverişli gündür. Cümə axşamı sevdiyinz insanın inamını qazanmaq imkanı yaranacaq. Nöqsanlardan qurtulmaq üçün size vacib bir görüş gözləyir. Voleybol, basketbol, tennis, sambo, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.

Əqrəb
Əqrəblər həftənin əvvəlində həmkarları ilə sıx ünsiyyətdə olacaqlar. Həftənin ortalarında xoş maliyyə xəbərləri və ya gözlənilməz nağd pul daxilolmaları mümkündür. Cümə axşamı sağlamlığınıza və rifahınıza diqqət yetirin. Həftə sonunu yaxınlarınızın əhatəsində keçirin. Bu, emosional sabitliyinizi gücləndirəcək və sizə mənəvi qida verəcək. Atıcılıq, voleybol, həndbol, güləş, utsal və basketbol idman növlərində uğurlar vəd olunur.

Oxatan
Bu həftə Oxatanlar aktiv özünüifadə dövrünə qədəm qoyur. Həftənin əvvəli özünüzü və ambisiyalarınızı bəyan etmək üçün idealdır. Çərşənbə xoş macəra günü ola bilər. Cümə tələsik qərarlar verməkdən çəkinin, yerinə yetirilməsi çətin olan vədlər verməyin. Avarçəkmə, güləş, cüdo, çövkən, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oğlaq
Oğlaqlar üçün həftə sakit ritm və daxili tarazlığı gücləndirmək imkanı vəd edir. Çərşənbə axşamı idmanla məşğul olmaq və fiziki hazırlığınızı artırmaq üçün əlverişli gündür. Çərşənbə və cümə axşamı yeni təkliflərə diqqətli olun. Bu, çox perspektivli və maliyyə baxımından faydalı ola bilər. Güləş, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və atçılıq növlərində uğurlar gözləniləndir.

Dolça
Bu həftə Dolçalar özlərinə güvənməli və yeni fəaliyyət sahələrini araşdırmalıdırlar. Bazar ertəsi və çərşənbə axşamı yeni biliklər əldə etmək, təlimlərdə iştirak etmək üçün ən yaxşı günlərdir. Cümə axşamı tənqidə qarşı dözümlü olun. Şənbə günü sevdiyiniz insandan xoş sürpriz və ya uzun müddət yaddaşınızda qalacaq romantik görüş gözləyin. Gimnastika, güləş, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Balıq
Həftə ərzində Balıqlar qətiyyətlə hərəkət etməyin vaxtının çatdığını hiss edəcəklər. Planlarınızı həyata keçirmək üçün ilk addımları atın. Çərşənbə axşamı və çərşənbə günü iş yerində yüksəliş və ya çətin məsələnin həlli ilə bağlı çoxdan gözlənilən xəbərlər ala biləcəyiniz vəd edilir. Cümə günü riskli investisiyalardan və ya maliyyə sərgüzəştlərindən qaçın. Həftənin sonu qısa səfərlər üçün əlverişli dövrdür. Karate, üzgüçülük, cüdo, güləş və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri