Icma.az
close
up
RU
İftarın sevimlisi xurma təhlükəlidir Həkim açıqladı

İftarın sevimlisi xurma təhlükəlidir Həkim açıqladı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Artıq bir neçə gün sonra Ramazan ayı başlayır və ölkədə iftar süfrələrinin ən sevimli simvollarından biri yenə də xurmadır. Marketlərin vitrini şirin, tünd qəhvəyi xurmalarla dolub, ailələr iftarlarda süfrəni bu ənənəvi meyvə ilə açmaq üçün qutu-qutu alırlar. Amma mütəxəssislər vurğulayırlar ki, hər kəs üçün xurma eyni dərəcədə faydalı deyil, bəzi qruplar üçün hətta zərərli də ola bilər.
Demokrat.az xəbər verir ki, Ramazan zamanı xurmanın əsas cəlbedici xüsusiyyəti onun tez enerji verməsidir. Tərkibində olan təbii şəkərlər, qlükoza, fruktoza və saxaroza orucdan çıxan bədənin enerjisini sürətlə bərpa etməyə kömək edir. Xurmanın lif, vitamin və minerallarla zəngin olması həm də həzmə və ümumi sağlamlığa müsbət təsir göstərir.
Buna baxmayaraq, qida mütəxəssisləri bəzi insanların xurmanı ehtiyatla və ya tamamilə məhdudlaşdıraraq yeməli olduğunu bildirirlər. İranlı endokrinoloq Dr. Alireza Mohammadi Ramazan ərəfəsində xurmanın xüsusilə qan şəkəri ilə bağlı problemləri olanlar üçün risk daşıya biləcəyini açıqlayıb. Onun sözlərinə görə, xurmanın yüksək şəkər məzmunu qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər və bu xüsusilə şəkərli diabeti olanlarda ciddi fəsadlara yol aça bilər. Dr. Mohammadi qeyd edib ki, bu xəstələr xurmanı məhdud miqdarda qəbul etməli və eyni zamanda zülal və sağlam yağ mənbələri ilə (məsələn, badam, qoz və qatıq) balanslamağa çalışmalıdırlar.
Həkim həmçinin xurmanın həzm sistemi üçün də ehtiyat tələb etdiyini vurğulayır. Çox miqdarda lif və şəkər bəzi insanlarda şişkinlik, qaz və qəbizlik kimi narahatlıqlar yarada bilər. Xüsusilə həssas bağırsaq sindromu və digər həzm problemləri olan şəxslər xurmanı ölçülü yeməlidirlər.
Ümumiyyətlə, xurmanı çox az yeməli olan şəxslər aşağıdakılardır:
1 Şəkərli diabet və insulin müqaviməti olanlar – qan şəkərini sürətlə artırdığı üçün diqqətli olmalıdırlar.
2  Böyrək problemi və yüksək potassium səviyyəsi olanlar – kalium yüklənməsi riskinə görə məhdud miqdarda yeməlidirlər.
3   Həssas həzm sistemi olanlar – şişkinlik və qəbizlik riskinə görə miqdarını azaltmalıdırlar.
4  Alergiyası olanlar – nadir hallarda allergik reaksiyalar meydana çıxa bilər.
Mütəxəssislər xurmanın tamamilə qadağan edilməsindən daha çox miqdarın balanslaşdırılmasını tövsiyə edirlər. Həkim iftarda adətən 2-3 ədəd xurmanın kifayət etdiyini, bundan sonra isə zülal və liflə zəngin qidaların məsələn, qatıq, qoz‑fındıq və ya təzə meyvənin qəbul edilməsinin daha faydalı olduğunu vurğulayır.(yenisabah.az)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Fevral 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri