Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

İgid oğulların sayəsində Vətənin müqəddəs torpaqları azaddır

İgid oğulların sayəsində Vətənin müqəddəs torpaqları azaddır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əsədov Emil Balaqardaş oğlu 44 günlük Vətən müharibəsinin şəhididir. Digər şəhidlər kimi onun da hekayəsi həm kədərlidir, həm qürurludur. Emil Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açıb. Vətən müharibəsi başlayanda cəmi 22 yaşı olan və zabit paqonlarının qürurunu doyunca yaşamağa imkan tapmayan Emil də Qarabağ uğrunda atalarının yolunu davam etdirən oğullardan idi. Emilin atası da hərbçi olub. Balaqardaş Əsədov birinci Qarabağ savaşında iştirak edib. 1994-cü ildə ordudan tərxis olunaraq Yanğından Mühafizə Xidmətində işləməyə başlayıb. 2005-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Anası Təranə xanım isə evdar qadındır. 

Vətən müharibəsində Emil taqım komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan Ordusunun canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamlarına əsasən Emil Əsədov ölümündən sonra “Qarabağ” ordeni, "Cəsur döyüşçü",“Vətən uğrunda”, “Xocavəndin azad edilməsinə görə”, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid zabitin anası oğlu haqda qürurla bildirir ki, noyabrın 8-də gündüz dəfn etdik, gecə Qələbə müjdəsi eşitdik. Sevindik ki, balalarımızın qanı yerdə qalmadı. Biz onları çox çətinliklə böyütmüşdük. Bacısı Emiliya da Emil də çox savadlı və intizamlı şagird olublar. Emil çox istedadlı idi. Hərbi Liseyə qəbul olundu. Oğlum düz 7 il hərb sənətini oxumuşdu. Hərbi xidmətində o qədər intizamlı idi ki, imkan tapıb yeganə bacısının toy məclisində də iştirak edə bilməmişdi... Dostlarının dediyinə görə, Emil elə komandir olub ki, özü şəhid olsa da onun taqımından 35 nəfər əsgərin hamısı sağ-salamat qalıb.

Atası Balaqardaş Əsədov söyləyir ki, oğlu həmişə Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməyi şərəfli olduğunu deyərdi. Xüsusi qeyd edirdi ki, döyüş meydanında şəhid olmaq şərafətlidir. Amma mən plan qururdum ki, onu evləndirim, qismət olmadı... Emil şəhid olmasından 1 gün əvvəl, noyabr ayının 6-da evlə əlaqə saxladı. Tanımadığımız bir nəfər bizə zəng vuraraq Emildən nigaran qalmamağımızı deyəndə narahat olduq. Telefondakı tanımadığımız adamı sorğu-suala çəkdik. Bu vaxt Emil özü ratsiya ilə telefona qoşularaq döyüşdə olduğunu, ona mane olmamağımızı istədiyini deyəndə sakitləşdik.

2020-ci ildə tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdilər. Qanları ilə müqəddəs torpaqları azad edərək Qələbəyə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoydular. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq. 

Müşfiq Mirzə
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri