İki milyonluq “Ferrari” işıq dirəyinə ÇIRPILDI: Superkara ciddi ziyan dəyib QƏZA ANI
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniyada nadir “Ferrari F40” qəzaya uğrayıb. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Londonun şimalında, Markyate yaxınlığında, A5 avtomagistralında baş verib.
Məlumata görə, superkar sınaq sürüşü zamanı sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Bildirilir ki, qəza nəticəsində sürücü xəsarət alıb, avtomobilə də ciddi ziyan dəyib.
Qeyd edilir ki, qəzaya düşən “Ferrari F40” 1987-1992-ci illərdə istehsal olunub. Superkarın təxmini qiyməti 1.000.000 funt-sterlinq (bu gün ki məzənə ilə 2.201.600 manat) dəyərindədir.
Xatırladaq ki, “Ferrari F40”lar orta hesabla təxminən 1,8 milyon funt-sterlinq dəyərindədir (3.962.880 manat), ən bahalısı isə 2002-ci ildə ABŞ-da 3,965,000 dollara (6.740.500) satılıb.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Yanvar 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















