Icma.az
close
up
RU
İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geniş yayılmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, iki min ildən artıq tarixə malik təslim olma ənənəsi döyüş meydanlarında ən aydın başa düşülən işarələrdən biri hesab olunur. Əsgərlərin döyüşü dayandırmaq istədiklərini bildirmək üçün ağ parça qaldırması bəşər tarixində ortaq davranış nümunələrindən biri sayıla bilər. Müxtəlif coğrafiyalardakı orduların bir-birindən xəbərsiz şəkildə mənimsədiyi bu üsul sadə quruluşu sayəsində əsrlər boyu öz əhəmiyyətini qoruyub.

Qədim Şərq və Qərb ordularında ilk izlər

İlk yazılı mənbələr bu ənənənin köklərinin Roma İmperiyası və Han sülaləsi dövrünə gedib çıxdığını göstərir. Tarixçi Tasit İkinci Kremona döyüşü zamanı məğlubiyyətə uğrayan əsgərlərin rəqib qoşunlara təslim olmaq üçün ağ bayraqlardan istifadə etdiyini qeyd edib.

Təxminən həmin dövrdə Şərq sivilizasiyalarında da oxşar proses baş verirdi. Çin ərazilərində hakimiyyətdə olan Han sülaləsinin nümayəndələri ağ rəngi məğlubiyyət və təslimiyyətin simvolu hesab edirdilər. Bəzən qalib tərəfin bayrağını qaldırmaq kimi fərqli üsullardan istifadə olunsa da, ağ rəngin praktikliyi həmişə ön planda olub.

Döyüş meydanında yüksək görünürlük üstünlüyü

Ağ parçanın seçilməsində iki əsas amil önə çıxır. Döyüş zamanı yaranan qarışıqlıq və tüstü içərisində parlaq ağ səth ətrafdakı digər rənglərdən tez seçilir. Bu isə əsgərlərin niyyətlərini qarşı tərəfə vaxt itirmədən çatdırmasına imkan verirdi.

Digər amil isə əlçatanlıq idi. Rəngli parçaların istehsalı kifayət qədər baha olduğundan əsgərlərin əlində əsasən boyanmamış, xam parçalar olurdu. Çətin vəziyyətə düşən birliklər çadır örtüklərindən və ya geyimlərindən bir parça qopararaq saniyələr ərzində sülh və ya təslimiyyət mesajı verə bilirdilər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri