İki ölkə mediası Mətbuat Şurasında bir araya gəldi FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
Bakıda keçirilən II Azərbaycan–Özbəkistan Media Forumunun iştirakçısı, Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Səlimov Azərbaycan Mətbuat Şurasında (MŞ) görüşüb.
Görüş zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid iki ölkənin media birlikləri arasında əlaqələrin genişləndiyini, Forumun isə münasibətlərin strateji xarakter almasının göstəricisi olduğunu bildirib. O, MŞ-nin Özbəkistan Jurnalistlər İttifaqı ilə əməkdaşlığını ümumi işə mühüm töhfə kimi qiymətləndirib.
Doğru.az xəbər verir ki, Xolmurad Səlimov çıxışında iki qurum arasındakı sıx təmaslardan danışıb və ötən il aprelin 22-də imzalanan Əməkdaşlıq Memorandumunun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sənəd çərçivəsində hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərləri təşkil olunur və bu səfərlər təcrübə mübadiləsi və ortaq maraqların qorunması baxımından önəmlidir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 30 Sentyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















