Icma.az
close
up
RU
İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik ŞƏRH

İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatdı və bu Qələbə nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu işğal altında olan torpaqları mərhələli şəkildə azad etdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi Zəfərdən sonra Azərbaycan faktiki olaraq bölgədə üstün mövqeyə sahib oldu və bütün strateji təşəbbüslər ölkəmizin əlində cəmləndi. Belə bir vəziyyətdə, istəsəydik, bəzi yolları, o cümlədən region üçün əhəmiyyətli nəqliyyat dəhlizlərini güc yolu ilə ələ keçirə bilərdik. Lakin Azərbaycan dövləti beynəlxalq hüquqa və ədalətə əsaslanan siyasət yürüdərək zor tətbiq etmədi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, biz hüquqi əsaslarla hərəkət etməyə üstünlük verdik və bu məsələləri siyasi-diplomatik yolla həll etmək yolunu seçdik. Bu, Azərbaycanın güclü, amma məsuliyyətli və sülhpərvər dövlət olduğunu bir daha göstərdi. Azərbaycan əgər istəsəydi, hərbi yolla istənilən nəqliyyat və logistika marşrutuna nəzarət edə bilərdi. Lakin bu yanaşma regionda sülh və əməkdaşlıq perspektivlərinə uyğun deyildi. Azərbaycan dövləti nümayiş etdirdi ki, Qələbə qazansa da, revanşist deyil, əksinə, ədalətli nizamın qurulmasında maraqlıdır. Biz hər zaman demişik ki, ərazi bütövlüyümüz təmin olunmalıdır, amma bu, beynəlxalq normalar çərçivəsində həyata keçirilməlidir. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü, birliyini və siyasi iradəsini nümayiş etdirdi. Müharibədən sonra yaranan şərait bizə imkan verirdi ki, istənilən istiqamətdə gücdən istifadə edək. Ancaq biz zorla deyil, hüquqla, təmkinlə və strateji düşüncə ilə hərəkət etdik. Bu, Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə qazandığı nüfuzun əsas səbəblərindən biridir. Azərbaycanın seçdiyi bu yol uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün əsaslı zəmin yaradır.

Şakir Əhmədov

YAP Laçın rayon təşkilatının 40 saylı ƏPT-nin sədri

Laçın rayon 45 nömrəli tam orta məktəbin direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116

Azərbaycanlı nümayəndə PAOK un oyununda

17 Oktyabr 2025 09:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri