Cari ildə 11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib Agentlik
Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cari il ərzində TKTA tərəfindən 11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
Operativ Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) idarə heyətinin sədri Tural Əhmədov bildirib:
"Qrafikə uyğun olaraq, aşağıdakı müəssisələrdə qiymətləndirmələr təşkil edilib: Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti. Həmçinin, Gəncə Dövlət Universitetində təkrar institusional akkreditasiya qiymətləndirilməsi də həyata keçirilib.
Eyni müddət ərzində 17 ali təhsil müəssisəsində proqram akkreditasiya qiymətləndirilməsi aparılıb. Belə ki, “Məktəbəqədər təhsil” ixtisası üzrə 14 müəssisədə qiymətləndirmələr təşkil olunub: Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti və Odlar Yurdu Universiteti.
Eyni zamanda, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 3 müəssisədə – Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib".

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları