Icma.az
close
up
RU
İKZF qalmaqallı tuneli tikən şirkətdən 138 milyonluq mənzillər alır 1 kv.metri 3 470 manata

İKZF qalmaqallı tuneli tikən şirkətdən 138 milyonluq mənzillər alır 1 kv.metri 3 470 manata

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) "Körpü-Bina Tikinti" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Valyuta.az xəbər verir ki, şirkət Fondun yaşayış sahələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 138 800 096 manatdır. 

Fond bu məbləğə 40 000 kv.metr yaşayış sahəsi alacaq. 

Bu halda yaşayış sahəsinin 1 kv.m.-i 3 470 manat təşkil edəcək.  

Mənzillər Bakının 7 və 8-ci zonalarında salınacaq yaşayış kompeksindən alınacaq. 

Paytaxtın 7-ci zonası 20 yanvar Binəqədi, Nəsimi rayonlarının, 8-ci zona isə dənizin sahil xəttindən başlayaraq Xətai rayonunun digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.

Ekspertlərə görə, bu ərazilərdə mənzilin 1 kv.metrinin qiyməti 3 470 manatdan əhəmiyyətli dərəcədə aşağıdır. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 40 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. 2016-cı ildə isə nizamnamə kapitalı 300 000 manata çatdırlıb. "Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. Mediada gedən məlumatlara görə, "Körpü-Bina Tikinti" MMC-nin sahibi də Xəlil Göyüşovdur. 

Xəlil Göyüşov ölkənin ən varlı iş adamlarından biri hesab edilir və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxın şəxs sayılır.  

İş adamı oktyabr ayında Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Söhbət Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfərin ölümündən gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti” MMC tikib.

2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov olub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri