Icma.az
close
up
RU
İlahə Abdullayevaya yeni vəzifə verildi

İlahə Abdullayevaya yeni vəzifə verildi

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlahə Qismət qızı Abdullayeva Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsinə təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub.

1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində "Fortepiano”, "Muğam ifaçılığı” və "Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq "simfonik orkestr dirijorluğu" üzrə təhsil alıb. Təhsil illərində "Qara Qarayev” təqaüdünə layiq görülüb.

2016-cı ildə "Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adlı monoqrafiyası çap olunub. 2017-ci ildən Bakı Musiqi Akademiyasının doktorantı kimi fəaliyyət göstərib. "Azərbaycanın Şamaxı Bölgəsinin Ənənəvi Musiqisi” mövzusunda dissertasiya işini 22 oktyabr 2025-ci ildə uğurla müdafiə edib.

Tədqiqat fəaliyyəti çərçivəsində Kipr, Türkiyə, Qətər və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda çıxış edib, çoxsaylı elmi məqalələrin müəllifidir.

Bəstəkar kimi əsərləri ABŞ, İtaliya, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin səhnələrində səsləndirilib. Müxtəlif dövlərdə yerli və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. O, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Novus Via Music Festival və digər nüfuzlu festivalların iştirakçısı olub. 

Bəstəkar həmçinin  "Dədə Qorqud" və "Dəmir yumruq" baletlərinin müəllifidir.

2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır. 

2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun "Gənclərlə iş" Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib. 2026-cı ilin aprel ayından etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsini icra edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri