“İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir...”
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumunun bir əhəmiyyəti də odur ki, buraya xaricdən xeyli jurnalist dəvət edilir. Onlar bölgə, o cümlədən Azərbaycanla bağlı vəziyyətlə yaxından tanış olur, proses və problemlərə münasibəti birbaşa ölkə başçısından öyrənirlər”.
Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.
“Təbii ki, Prezident İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir. Təbii ki, bu jurnalistlərin gedib öz ölkələrində nəyi necə işıqlandırmaları onların öz münasibətindən, yanaşmalarından və nə dərəcədə obyektiv, vicdanlı, azad olmalarından asılıdır.Hər şeydən görünür ki, ölkəmiz üçün həm də yaxşı piar və imic məsələsi olan forum yüksək səviyyədə təşkil olunub. Builki IV Şuşa Qlobal Media forumunun mövzusu da çox diqqətçəkəndir: "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”. Həm dünyadakı müharibə ab-havası, həm də medianın getdikcə azalan nüfuzu fonunda çox aktual mözudur.
P.S. Şuşa Forumuna blogerlərin də dəvət olunmasının məntiqi əsası vardır: indi real media ilə yanaşı virtual media da mövcuddur. Hətta ikinci qütb daha fəal və daha güclü təsirə malikdir. Bu, bir reallıqdır.. amma o başqa məsələ ki, bloger və tuktogerlərin heç də hamısına jurnaliat demək olmaz”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 16 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















