Icma.az
close
up
RU
İlham Əliyevin Münhen mesajları

İlham Əliyevin Münhen mesajları

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Prezident İlham Əliyevin 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın xarici siyasətində mühüm bir mərhələ kimi yadda qalıb. 13-15 fevral 2026-cı il tarixlərində baş tutan bu səfər həm regional sülh, həm də qlobal logistika layihələri baxımından strateji mesajlarla zəngin olub. Uzun müddətdir ki, Cənubi Qafqazda sülh hökm sürür. İlham Əliyev bu dəfə Münhendə sülhü yaradan lider kimi iştirak edirdi.
Dövlət başçısı konfrans çərçivəsində keçirilən panel müzakirələrində Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunaraq, 2026-cı ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyinə ümidvar olduğunu bildirib. O, 2025-ci ilin avqustundan bəri sərhəddə stabil vəziyyətin hökm sürdüyünü, artıq qarşılıqlı ticarət və yükdaşımaların bərpası istiqamətində addımların atıldığını vurğulayıb.
Bütün dünyanın diqqətini çəkən əsas məsələ isə Orta dəhliz və onunla bağlı verilən mesajlar oldu. Çini Avropa ilə birləşdirən bu nəqliyyat qovşağının qlobal əhəmiyyəti böyükdür. Hazırda bu istiqamətdə mühüm işlər görülməkdədir. Birincisi, ABŞ-ın vasitəçiliyi ilə gündəmə gələn "Trump Route for International Peace and Prosperity" (TRIPP) çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması müzakirə mövzusu olub. Eyni zamanda, Xəzərin dibi ilə çəkilən fiber-optik xətlər və yeni logistik imkanlar Azərbaycanın təkcə enerji deyil, həm də rəqəmsal tranzit ölkəsi olduğunu təsdiqləyib.
Səfər zamanı cənab Prezident bir sıra mühüm əhəmiyyətli görüşlər də keçirdi. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə enerji təhlükəsizliyi və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu nəzərə alsaq, bu görüşün əhəmiyyəti olduqca böyükdür.
Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirilib. Prezident Əliyev Ukraynadakı Azərbaycan diplomatik nümayəndəliklərinə edilən hücumlarla bağlı Rusiya tərəfinə öz kəskin iradlarını çatdırıb. Ölkəmiz bir daha beynəlxalq hüququn prinsiplərinə hörmətini ifadə edərək Ukraynaya dəstəyini nümayiş etdirib. Serbiya Prezidenti Aleksandr Vuçiç və digər dövlət başçıları ilə regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu da Azərbaycanın qlobal miqyasda özünə yeni tərəfdaşlar tapmaq və hazırda tərəfdaşlıq etdiyi ölkələrlə daha sıx münasibətlər saxlamaq istəyinin nəticəsidir.
Bu konfrans Azərbaycanın xarici siyasətində "post-münaqişə" dövründən "regional əməkdaşlıq və iqtisadi inkişaf" dövrünə tam keçidini nümayiş etdirən platforma kimi yadda qalıb. Münhen konfransı İlham Əliyev siyasətinin növbəti böyük uğuru kimi tariximizə düşdü.

YAP Şirvan şəhər təşkilatının fəalı Əfsanə İbrahimova
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri