Icma.az
close
up
RU
İlham Yadullayev: “Müdafiə xəttindəki itkilər komandanın nəticələrinə təsir göstərdi”

İlham Yadullayev: “Müdafiə xəttindəki itkilər komandanın nəticələrinə təsir göstərdi”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindən öncə itkilərlə üzləşib və bu amil komandanın nəticələrinə təsir göstərib.

Bu sözləri U-19-un baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssisin sözlərinə görə, turnir öncəsi müdafiə xəttindəki zədəlilər komandanın oyununa təsir edib:

“Futbolçulardan istədiklərimizi ala bilmədik. Seçmə mərhələyə ciddi hazırlaşmışdıq, Moldovada iki yoldaşlıq görüşü də keçirdik. Sonra heyəti müəyyənləşdirib hazırlığa başladıq. Lakin ölkə çempionatında zədələnən əsas oyunçularımız var idi. Xüsusən də müdafiə xəttində itkilərimiz oldu. Onların yerinə beynəlxalq təcrübəsi olmayan yeni futbolçular dəvət etdik. Müdafiədə dəyişiklik etmək çətindir və bu təcrübəsizlik Litva ilə oyunda özünü büruzə verdi. İlk matçda 3-4 yeni oyunçuya şans vermişdik. Litvanı təhlil etmişdik, çox dinamik, fiziki və taktiki cəhətdən nizam-intizamlı komandadır”, - deyə o, report.az-a açıqlamasında bildirib.

İ.Yadullayev Şimali İrlandiya ilə matçdakı məğlubiyyətin səbəblərini açıqlayıb:

“Bu görüşə daha motivasiyalı çıxdıq və beynəlxalq təcrübəsi olan futbolçularla heyəti gücləndirdik. İlk matçda uduzsaq da, ikinci oyunda qələbə qazanacağımız halda qrupu birinci pillədə bitirmək şansı olur. Şimali İrlandiya ilə görüşün ilk hissəsində üstünlük bizdə idi və hesabı açdıq. Lakin ikinci hissədə fərdi səhvlər ucbatından standart vəziyyətdən qol buraxdıq. Fərqlənmək üçün şanslarımız olsa da, dəyərləndirə bilmədik. Oyunun sonuna yaxın yorğunluq hiss olunurdu, fiziki cəhətdən çatdıra bilmədiyimiz üçün qapımızda ikinci qolu gördük”.

O, futbolçuların psixoloji durumuna da toxunub:

“Məğlubiyyətdən sonra ruh düşkünlüyü yaranır. Çalışırıq ki, oyunların təhlili ilə səhvləri göstərək və uşaqları psixoloji cəhətdən toparlayaq ki, məğlubiyyətə öyrəşməsinlər. Onlar “Sabah”, “Neftçi”, “Qarabağ” kimi liderlik uğrunda mübarizə aparan klubların üzvləridir. İstəmirik ki, futbolçular öz klublarına ruh düşkünlüyü ilə qayıtsınlar”.

İlham Yadullayev qarşıdakı planlardan danışıb:

“Növbəti seçmə mərhələ noyabrda olacaq, həmin vaxta qədər püşkatma keçirilməlidir. Yoldaşlıq oyunları ilə hazırlığı davam etdirməliyik”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində B Liqasının 6-cı qrupunda yer alan U-19 Litvaya 0:4, Şimali İrlandiya millisinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Aprel 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri