İmişli sakini güllələndi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İmişli rayon sakini güllələnib.
Pravda.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Babək İbişov ov tüfəngi ilə Ayaz Nuruşovu güllələyib.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxsi hüquq-mühafizə orqanı əməkdaşları saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.

