Icma.az
close
up
RU
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq?

İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bu günə olan statistikaya əsasən, problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib. 

Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir. 

Həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur. Qeyd edək ki, ölkədə kreditdən yararlanan vətəndaşların sayında azalma müşahidə edilmir və əksəriyyəti də istehlak kreditləridir.  

Bu il mart ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Bu göstərici fevralın 1-i ilə müqayisədə 0,8 % çoxdur.  

Krediti ödəmək imkanı olmayan vətəndaş onu məcburi icrada necə ödəyəcək? Vətəndaşın imkanı olmadığı təqdirdə həbs olunacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, problemli kreditlərlə bağlı  olan işlər ancaq banklar və Bank Olmayan Kredit Təşkilatlarının deyil: 

“Burada şirkətlərin, vətəndaşların bir-birinə olan, aliment borcları da var. Ancaq təbii ki, əksər hissəsi banklar və BOKT-dır, bunları da fərqləndirmək lazımdır. İcra dedikdə, onların xeyli hissəsi var ki, birdəfəlik ödənilə bilmir. Ancaq hissə-hissə ödənilir. 

Yəni maaşdan, pensiyadan tutulur. Bu, o deməkdir ki, vətəndaşın, məsələn, banka 10 min manat borcu var. Ancaq hazırda pulu olmadığına görə maaş və ya pensiyadan çıxılır. 

Yaxud da vətəndaşın əmlakı var, icra məmuru əmlakı hərraca çıxarır. Satır və oradan pul verir. Təbii ki, burada bəzi əmlak növləri var ki, o vətəndaşın əlindən alına bilməz. Məsələn, ancaq bir evi varsa, alına bilməz". 

Ancaq Azərbaycanda müflisləşmə, yəni vətəndaşın, fiziki şəxsin müflisləşməsi haqqında qanun olmadığı üçün bu məsələlər açıq qalır:

"Yəni normal hüquqi sistemə malik olan ölkələrdə vətəndaşı sadəcə müflis elan edirlər və bununla da məsələ bağlanır. İmkanı yoxdur, ödəyə bilmir. Bizdə isə bu yoxdur, işləmir.  Ancaq vətəndaşı qorxudurlar, incidirlər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: kredit Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri