Icma.az
close
up
RU
İmmuniteti yüksəldən və stresi azaldan QİDALAR

İmmuniteti yüksəldən və stresi azaldan QİDALAR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

1. Badam

Tərkibi Omeqa-3 yağı ilə zəngindir. Omeqa-3 immun sistemi möhləmlətmək qabiliyyətinə sahibdir. Tərkibindəki E vitamini sayəsində badam antioksidant təsirə malikdir.

Belə ki, E vitamini orqanizmdə olan zərərli sərbəst radikalların çoxalmasının qarşısını alır. Badamın tərkibində olan fosfor, kalium, maqnium, kalsium və bir çox mineral maddələr sinir sistemini möhkəmləndirir və stressin qarşısını alır.

2. Sarımsaq

Bütün virus xəstəliklərinin sağalmasında yardımçı olur. Maddələr mübadiləsini yaxşılaşdırır, həzm sistemini normallaşdırır. Stressi aradan qaldırmaqla yanaşı sinir sistemini də gücləndirir. Sarımsağın tərkibi C, D, B qrup vitaminlərlə və faydalı minerallarla zəngindir.

3. Brokkoli kələmi

Güclü immunitet artırıcı təsirə malikdir. Tərkibi sink, selen, A, C, D vitaminləri ilə zəngindir. Zərərli maddələrin və şlakların orqanizmdən xaric olunmasında yardımçı olur. Sinir sistemini möhkəmləndirməklə yanaşı stressi də aradan qaldırır.

4. Dəniz balığı

Dəniz balığı yağ turşuları, Omeqa3, zülallar və aminturşularla zəngindir. Tərkibində olan A, B, E vitaminləri immun və sinir sistemini möhkəmləndirir.

5. Turp

Turpun tərkibi orqanizmin ümumi müqavimətini yüksəldən mineral və vitaminlərlə zəngindir. O həzm sistemini normallaşdırır, bağırsaqdakı qazları çıxartmaqla yanaşı, bağırsaq fəaliyyətini yaxşılaşdırır, mədə üçün mikrob və bakteriyaları təmizləyici təsirə malikdir. Turp öddaşı xəstəliyindən əziyyət çəkən xəstələrə faydalı təsir göstərir. Belə ki, turpun böyrək və öddaşlarının əridilməsində rolu olduğu dəfələrlə öz sübutunu tapmışdır.

6. Alma

Alma həzmi yaxşılaşdırır, bağırsağın yaxşı işləməsinə yardım edir. Bu səbədən də alma bağırsaqdakı möhtəviyyatla birlikdə, bağırsaq mikroblarının da xaric olunmasında iştirak edir.

7. Zəncəfil

Zəncəfil qədim zamanlardan orqanizm üçün ən faydalı bitki hesab edilib. Onun tərkibində olan vitamin və minerallar orqanizmin immun sistemini möhkəmləndirməklə yanaşı, sağlam şəkildə arıqlamasına yardım edir. İltihab əleyhinə, ağrıkəsici, tərqovucu, bakteriya əleyhinə, tonuslandırıcı vasitə kimi istifadə edilir.

8. Portağal

Portağal nəinki immuniteti qaldırır, o həm də əhval-ruhiyyəni yaxşılaşdırır və depressiyanı aradan götürür. İltihab əleyhinə, antimikrob təsirə və yara sağaltmaq qabiliyyətinə malikdir. (Milli.Az)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri