Icma.az
close
up
RU
İmtahan prosesinin bütün mərhələlərində şəffaflığın və bərabərliyin təmin edilməsi məqsədilə sistemli və obyektiv nəzarət həyata keçirilir

İmtahan prosesinin bütün mərhələlərində şəffaflığın və bərabərliyin təmin edilməsi məqsədilə sistemli və obyektiv nəzarət həyata keçirilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda vacib məqamlardan biri də imtahan prosesinin qaydalara uyğun, obyektiv və şəffaf şəkildə təşkil olunmasıdır. Bütün imtahan iştirakçılarının bərabər şərtlər altında imtahanlarda iştirakı, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan iştirakçılarının bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

AZƏRTAC xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumatda bildirilib ki, DİM imtahan iştirakçılarını maarifləndirmək, onları pozuntu hallarını törətməkdən çəkindirmək məqsədilə mütəmadi olaraq imtahanlardan dərhal sonra hər hansı qayda pozuntusu baş veribsə, bununla bağlı məlumat verir. Bundan əlavə, hüquqi məsuliyyət yaradan və qanunvericiliklə adekvat tədbirlər həyata keçirilən məlumatları ictimaiyyətin diqqətinə çatdırır.

Qaydalara əsasən istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları müxtəlif üsullarla, zəruri hallarda texnoloji yeniliklərdən istifadə olunmaqla müəyyən olunur və lazımi tədbirlər görülür. Ancaq bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə vaxt və insan resurslarını sərf etməli olur. Həmçinin aparılan araşdırmalar imtahan nəticələrinin daha tez açıqlanmasına mane olur.

Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər imtahanlarda “uğur” qazanmaq üçün müxtəlif qeyri-qanuni üsullardan istifadə etməkdən çəkinmirlər. Məlum olduğu kimi, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb. Qeyd edək ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib. Bundan sonra növbəti imtahanlarda imtahan binasının girişində buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca fikir verilməsi üçün göstəriş verilib. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

İyunun 17-də xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Bu qayda pozuntuları ilə bağlı 30 iyul tarixində kütləvi informasiya vasitələri üçün müvafiq açıqlama da verilmişdi.

Bu işin təşkilatçıları və onların qurduqları şəbəkə ibtidai istintaqın gedişində ifşa olunub. Hələ noyabrın 6-da buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələr hazırlayan və istifadə məqsədilə satan təqsirləndirilən bir qrup şəxs barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən müvafiq məlumat mediaya təqdim olunmuşdu və oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirilməsi qeyd edilmişdi. Qayda pozuntuları yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə imtahan sisteminin etibarlılığına və minlərlə abituriyentin ədalətli rəqabət hüququna zərər vurur. Bu baxımdan Dövlət İmtahan Mərkəzi həmin cinayət işində zərərçəkmiş tərəf kimi çıxış edir.

Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər İslam Elşan oğlu Babayev, Ayxan İlham oğlu Məmmədov və Murad Mahir oğlu Məmmədovun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir. Həmin abituriyentlər də şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf ediblər. Xatırladaq ki, cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib.

İstintaqın gedişi zamanı oktyabrın 29-da DİM zərərçəkmiş şəxs kimi tanınıb və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Gündüz Yaşar oğlu Abbasov və Kamran Alim oğlu Əsədovun da əməlləri üzə çıxıb. Artıq məlum olduğu kimi, ittiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib. Məhkəmənin baxış iclası isə dekabrın 19-u saat 15:00-a təyin olunub.

Əlavə məlumat üçün qeyd edək ki, araşdırmalar davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.2-ci yarımbəndinə əsasən imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qayda pozuntularının qəbul kampaniyasının hansı mərhələsində aşkar edilməsindən asılı olmayaraq, onlar iştirakçıların müsabiqə (imtahan) nəticələrinin ləğv edilməsi üçün əsas yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see263

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see219

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see209

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see135

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see128

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see124

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri