İmtahandan keçmədən direktor təyin olunurlar
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəki-Zaqatala regional Təhsil İdarəsinin metodistləri heç bir imtahandan keçmədən bölgədə orta məktəblərə direktor və direktor müavini vəzifəsinə təyinat alır.
Bu barədə Gununsesi.info-ya daxil olan xəbərdə deyilir ki, sonuncu belə hal Oğuz Rayonunda baş verib.
“Bu isə rayonda direktor olmaq üçün imtahanlardan uğurla keçən müəllimlərin narazılığına səbəb olub” deyə bir qrup müəllim saytımıza açıqlamasında bəyan edib.
Müəllimlərin sözlərinə görə, həmin metodistlər Elm və Təhsil Nazirliyinin müvafiq imtahanlarından keçməsə də regional idarənin rəhbərliyi bu prosesdə xüsusi rol oynayır və onlar vəzifə tutur.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
Afət Abbasova
Gununsesi.info
Baxış sayı:119
Bu xəbər 27 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















