Icma.az
close
up
RU
İmtahansız ikinci ali təhsil almaq üçün kim müraciət edə bilər?

İmtahansız ikinci ali təhsil almaq üçün kim müraciət edə bilər?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaxtaşırı bəzi şəxslərin öz ali təhsil aldığı ixtisaslar üzrə işləmədiyinin şahidi oluruq. Bəzən qeyri-ixtisas sahələrində çalışan şəxslərdən diplom tələb olunur. Bu zaman həmin vətəndaşlar çarəni imtahansız ikinci ali təhsil almaqda görür.

Maraqlıdır, bəs görəsən, imtahansız ikinci ali təhsil almaq istəyənlər nəyə diqqət etməlidirlər? Hansı təhsil üçün müraciət edə bilərlər?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, hər hansı ixtisas üzrə bir təhsil pilləsini bitirmiş şəxs imtahansız ikinci ali təhsil üçün müraciət edə bilər:

"İkinci ali təhsil üçün müraciət iki formada həyata keçirilir. Bunlardan biri Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi universitetlərə qəbul imtahanlarıdır, digəri isə müsabiqə yolu ilə baş tutur. DİM imtahanında iştirak edərək seçəcəyi ixtisas üzrə keçid balını toplayan şəxs bu yolla ikinci ali təhsil ala bilir. Müsabiqə isə imtahansız ikinci ali təhsil almaq istəyən şəxslər üçündür. Belə ki, hər il universitetlər müxtəlif ixtisaslar üzrə imtahansız qəbul üzrə müsabiqə elan edir. Müsabiqə zamanı "X" bir ixtisasa müraciət sayı ayrılan plan yerindən çox olarsa, bu halda universitet daxili imtahan təşkil edir və həmin imtahandan ən yaxşı nailiyyət əldə edən şəxslər qəbul olunur. Məsələn, universitetlər müsabiqə elan edəndə tibb və hüquq ixtisaslarında ayrılan plan yerindən 2-3 dəfə çox şəxs imtahansız ali təhsil almaq üçün müraciət edir. 50 yer ayrılıbsa, bura 1500 nəfər müraciət edəndə universitet seçim etmək üçün daxili imtahan keçirir. Universitet daxilində keçirilən bu imtahanda yaxşı nəticə əldə edən 50 nəfər təhsil almaq imkanı qazanır. İqtisadiyyatyönümlü ixtisaslarda imtahansız ikinci ali təhsil üçün ayrılan plan yerlər çox olduğu üçün müsabiqə zamanı universitet müsahibə yolu ilə tələbə qəbulu həyata keçirir, bəzən isə elə olur ki, ayrılan plan yerindən daha az adam müraciət edir bu zaman isə heç müsahibəyə də ehtiyac qalmır, şəxs birbaşa ali təhsil almaq imkanı əldə edir".

Ekspert qeyd edib ki, imtahansız ikinci ali təhsil almaq istəyən şəxs yalnız ödənişli əsaslarla oxuya bilər:

"Hər bir şəxsə təhsil aldığı pillə üzrə ödənişsiz təhsil imkanı bir dəfə verilir. Əgər bir nəfər ödənişsiz kollec təhsili alıbsa, yenidən ikinci dəfə kollec təhsili almaq istəsə, bu zaman ödənişli əsasla oxumalıdır. Eyni proses bakalavrda da keçərlidir. Ola bilər ki, şəxs DİM imtahan prosesində iştirak etsin, ödənişsiz əsasla kollecə qəbul olsun, buna baxmayaraq, o, birinci dəfə kollecdə ödənişsiz təhsil aldığı üçün ödəniş etməlidir. Eynilə ödənişsiz əsasla bakalavr təhsili alan şəxs ikinci dəfə DİM imtahanında iştirak edib yenidən bakalavr təhsili alarsa, ödənişsiz qəbul olsa belə, ödənişli əsasla oxuyacaq.

Bir təhsil pilləsini ödənişli oxuyan şəxs təhsil aldığı pillədə fərqli ixtisas üzrə ödənişsiz oxuma imkanı qazanarsa, ödəniş etmədən təhsil ala bilər.

İmtahansız ikinci ali təhsildə tədris iki formada qiyabi və əyani olaraq təşkil edilir. İşləyən şəxslərin daha çox müraciət etdiyi nəzərə alınaraq plan yerlərinin böyük bir qismi qiyabi olaraq açılır. Bura qəbul olanlar isə istənilən halda ödənişli təhsil ala bilər.

Onu da qeyd edim ki, bəzən kollec bitirən şəxslərin imtahansız ikinci ali təhsil üçün universitetlərə müraciətinin şahidi oluruq. Bunu bilmək lazımdır ki, kollec bitirənlər subbakalavr kimi abituriyentlərlə birlikdə ixtisas kodlaşdırmasında iştirak edərək imtahansız ali təhsil müəssisələrinə qəbul ola bilər, əks halda isə bu mümkün deyil".

R.Nurəliyev imtahansız ikinci ali təhsillə bağlı bəzi nüanslara toxunub:

"Hüquq və tibb ixtisaslarında təhsillə bağlı xırda detallar var. İstənilən ali təhsil müəssisəsi ixtisaslar üzrə qəbul elan edəndə tibb və hüquq ixtisaslarına müraciət sayı çox olduğu üçün müsabiqə ilə bərabər daxili imtahan da keçirilir. Yəni digər bir ixtisasda şəxs müsabiqə vasitəsilə imtahansız qəbul ola bilirsə, hüquq və tibb ixtisaslarında bu baş tutmur. İlkin mərhələdə müsabiqə keçirilir. Müsabiqə ilə yanaşı universitetdə daxili imtahan da təşkil olunur. İmtahan nəticəsi yaxşı olanlar isə qəbul ala bilir. Digər ixtisaslara da müraciət sayı çox olarsa, bu sistem onlarda da tətbiq oluna bilər. Düşünürəm ki, qarşıdakı illərdə kompüteryönümlü ixtisaslarda da qəbul bu formada aparılacaq. İmtahansız ikinci ali təhsil üçün müraciət zamanı şəxsin əvvəl oxuduğu ixtisasla müraciət etdiyi ixtisas arasında yaxınlıq olarsa, bu zaman o, üstünlük qazanmış olur. Məsələn, mühasibatlıq ixtisasını bitirən bir nəfər ikinci təhsildə də iqtisadi ixtisas seçirsə, bu zaman qəbul prosesində ona üstünlük verilir".

Ekspert vurğulayıb ki, imtahansız ikinci ali təhsil üzrə son 3-4 ildə pedaqoji ixtisaslar üzrə qəbul dayandırılıb:

"Bunun da əsas səbəbi müəllim sayının çox olmasıdır. Buna görə də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə filologiyanı bitirən məzunlar buraxılırlar".

Onun sözlərinə görə, təhsil qanunvericiliyinə görə ikinci ali təhsildə yaxın ixtisaslar seçilərsə, təhsil müddəti bir il azaldılır:

"Qanun deyir ki, şəxs əgər yaxın ixtisas üzrə imtahansız ikinci ali təhsil alırsa, onun təhsil müddəti bir il azaldılır. Bu güzəşt yalnız ixtisas yaxınlığı olanda keçərlidir. Fərqli ixtisaslarda təhsil almaq üçün müraciət etdikdə bu güzəşt keçərli olmur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri