Icma.az
close
up
RU
İnam Kərimov: Bu konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək

İnam Kərimov: Bu konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Demokratik dövlətdə hakimiyyətlərin bölgüsü sadəcə bir nəzəriyyə deyil. Bu, demokratiyanı canlı saxlayan, təmin edən və vətəndaşları hakimiyyətin bir mərkəzdə təmərküzləşməsindən qoruyan tarazlıq mexanizmidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirikən beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, hakimiyyət bölgüsü hər şeydən əvvəl təsisatlar haqqında anlayışdır, səlahiyyətlərin bölündüyü, tarazlandığı və məsuliyyət daşıdığı konstitusion qaydanın yaradılması deməkdir:”Həmin strukturun sütunlarından biri kimi məhkəmə hakimiyyəti olduqca mühüm rol oynayır. Onun məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyət qolları ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır”.

Qeyd olunub ki, əsl demokratiyada bu qollar rəqib deyil, onlar xidmətdə tərəfdaşdır, hər birinin fərqli vəzifələri var, lakin hamısı eyni məqsədi rəhbər tutur: ədalətin və qanunun aliliyinin qorunması yolu ilə xalqa xidmət etmək. Lakin hakimiyyət bölgüsü təkcə təsisatlarla bağlı deyil. O, həm də fərdlərlə bağlıdır. “Hər bir təsisatın arxasında onu idarə edən insanlar dayanır. Həmin təsisatların dürüstlüyü, onları idarə edən və orada xidmət edən şəxslərin dürüstlüyündən doğur. Heç bir qanun, onu tətbiq edənlərin mənəvi gücü və vicdanı ilə idarə olunmasa, həqiqətən ədalətli ola bilməz və heç bir sistem dözə bilməz”"Məhkəmə hakimiyyətinin müstəqilliyi bir imtiyaz deyil, bu, şəxsi məsuliyyətdir. Həmin mexanizm vətəndaşları lazımsız mühakimədən qoruyur, hakimiyyətin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, həmin məsuliyyət məhkəmə hakimini borcuna, vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizliyi, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir. Məhz buna görə də, məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və təsisatlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və iradəsi ilə ölçülür. Çünki məhkəmə müstəqilliyi məhkəmə zalında başlamır. O, hakimin daxili dürüstlüyü və mənəvi inamından başlanır. Bugünkü konfrans bizə bu əbədi prinsiplər üzərində düşünmək üçün dəyərli bir fürsət təqdim edir. Bu gün burada toplaşdığımız üçün söhbət təkcə institutlardan deyil, həm də bizdən – hakimlərdən getməlidir. Hakimiyyət bölgüsünün qorunmasında bizim şəxsi rolumuz nədir? Bizim borclarımız nələrdir? Cəmiyyət bizdən nə gözləyir? Bu baxımdan Azərbaycan bu yolda xeyli irəliləyiş əldə edib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində dərin və davamlı islahatlar aparılıb. Bu islahatlar məhkəmələri qanunçuluğun keşikçiləri və ədalət mühakiməsinin yekun hakimi kimi gücləndirib. Məhkəmələr sadəcə hökm çıxaran qurumlara deyil, etimad yaradan təsisatlara çevriliblər”, - deyə o diqqətə çatdırıb.

İnam Kərimov vurğulayıb ki, ədalətə gedən yol heç vaxt tamamlanmır. “Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri, eləcə də ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur.

Bu kontekstdə Beynəlxalq Hakimlər Assosiasiyası son dərəcə mühüm rol oynayır. O, qlobal məhkəmə icmasının birgə vicdanı kimi çıxış edir, müxtəlif regionlardan olan hakimləri müstəqillik, dürüstlük və hüququn aliliyinə sadiqlik prinsipləri ətrafında birləşdirir. Dialoq, əməkdaşlıq və ən yaxşı təcrübələrin mübadiləsi vasitəsilə Assosiasiya hüquq sistemləri arasında qarşılıqlı anlayışı möhkəmləndirir. Əminik ki, Assosiasiyanın himayəsi altında keçirilən bugünkü konfrans məhkəmə hakimiyyətinin səmərəliliyinin və müstəqilliyinin artırılmasına mühüm töhfə verəcək. Eyni zamanda, bu tədbir hakimlərin yeni reallıqların yaratdığı çağırışlara qarşı daha hazırlıqlı olmasına kömək edəcək. Bu mühüm missiyada hamınıza uğurlar arzulayıram", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri