Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“İndi al, sonra ödə” rahatlığı borc yükünə çevrilə bilər nələrə diqqət edilməlidir?

“İndi al, sonra ödə” rahatlığı borc yükünə çevrilə bilər nələrə diqqət edilməlidir?

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az            

Son illərdə “İndi al, sonra ödə” modeli istehlakçılara məhsul və xidmətlərin dəyərini hissə-hissə ödəmək imkanı yaradır. Bu üsul xüsusilə onlayn alış-verişdə və gündəlik istehlak xərclərində daha əlçatan görünür. Lakin ödənişin sonraya saxlanılması istehlakçıların alış qərarlarına və maliyyə davranışlarına da təsir edə bilər. Bu model insanları ehtiyaclarından daha çox xərcləməyə və borclanmaya sövq edir, yoxsa büdcəni idarə etməyi asanlaşdırır?

İstehlakçılar bu modeldən istifadə edərkən hansı məqamlara diqqət etməlidirlər ki, sonradan borc yükü ilə üzləşməsinlər?

İqtisadçı ekspert Xalid Kərimli Banco.az-a bildirir ki, “İndi al, sonra ödə” (BNPL – Buy Now, Pay Later) modeli təkcə bizdə deyil, İngiltərədə və dünyanın bir çox ölkəsində mövcuddur.

“Bu, pərakəndə ticarətdə geniş istifadə olunan bir üsuldur. Modelin həm müsbət, həm də riskli tərəfləri var. Müsbət tərəfi odur ki, insan ehtiyacı olan əşyanı alır və ödənişi bir neçə hissəyə bölərək sonradan həyata keçirir. Yəni məhsulu dərhal əldə edir, ödənişini isə daha sonra edir.

Mənfi tərəfi isə odur ki, insanlar daha çox istehlaka cəlb olunurlar. Bəzən gəlirlərindən çox xərcləyir və ya heç planlaşdırmadıqları alışları edirlər. Burada psixoloji amillər də rol oynayır. Məsələn, məhsulun qiyməti 1000 manat olduqda insan bu məbləği birdəfəlik ödəmək istəmir. Ancaq həmin qiymət 1200 manata qaldırılıb 10 hissəyə bölündükdə, hər ay 100-120 manat ödəmək ona daha asan görünə bilər.

Burada əsas məsələ odur ki, insan gələcəkdə qazanacağı pulu da indidən xərcləyir. Nəticədə istehlakçıların üzərinə borc yükü düşə bilər”.

O deyir ki, istehlakçılar ilk növbədə alışın ümumi qiymətini hesablamalı, yalnız aylıq ödəniş məbləğinə diqqət yetirməməlidirlər. Digər vacib məqam məhsulun nağd və hissə-hissə ödəniş zamanı qiymətini müqayisə etməkdir. Çünki hissə-hissə ödənişlə təqdim edilən qiymət nağd ödənişlə müqayisədə fərqli ola bilər. Bu fərqdə faiz elementi də ola bilər. İstehlakçılar məhsulu nağd şəkildə bir dəfəyə aldıqda nə qədər, hissə-hissə ödədikdə isə ümumilikdə nə qədər pul xərcləyəcəklərini bilməlidirlər.

Bundan əlavə, məhsulun qiymətinə diqqət yetirmək lazımdır. Hissə-hissə ödəmək o demək deyil ki, insan həmin məhsula görə pul ödəmir. Ödəniş yenə həyata keçiriləcək. Buna görə də istehlakçılar gələcək ödənişlərini əvvəlcədən planlaşdırmalı, vaxtı çatanda onları ödəyə biləcəklərinə əmin olmalıdırlar. Ödəniş gecikdikdə hansı problemlərin yarana biləcəyini, hansı cərimə və faizlərin tətbiq olunacağını da əvvəlcədən öyrənməlidirlər.

Məhsulun aylıq hissələrlə ödənilməsi əlverişli görünə bilər, lakin insan onun həqiqətən lazım olub-olmadığını və həmin məhsula pul xərcləmək istəyib-istəmədiyini də nəzərə almalıdır”.

“Eyni zamanda, hazırkı gəlir məhsulu almağa imkan versə belə, gələcəkdə gözlənilməz xərclər yarana və ya aylıq gəlirdə problemlər ortaya çıxa bilər. Buna görə də bütün bu məqamlar nəzərə alınaraq qərar verilməlidir.

“İndi al, sonra ödə” modeli pərakəndə ticarətdə şirkətlərin daha çox məhsul satmaq üçün istifadə etdiyi maliyyələşmə üsullarından biridir. Buna görə də istehlakçılar bu imkandan yalnız məhsula həqiqətən ehtiyacları olduqda və gəlirləri ödənişləri qarşılamağa imkan verdikdə istifadə etməlidirlər – deyə ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri