Icma.az
close
up
RU
İndiki komediyalara baxanda gülmürəm, əsəb keçirirəm Səidə Quliyeva ilə müsahibə

İndiki komediyalara baxanda gülmürəm, əsəb keçirirəm Səidə Quliyeva ilə müsahibə

Icma.az, Manset portalına istinadən məlumat yayır.

“Tamaşaçılar çox dəyişib. İndi komediyaya daha çox üstünlük verirlər. Təəssüf ki, aşağı səviyyəli, “şit” komediyalar geniş yayılıb. Tamaşaçılar isə sadəcə əylənmək və gülmək istədiklərini deyirlər. Əlbəttə, əylənmək lazımdır, amma səviyyəli şəkildə”.

Bu sözləri Manset.az-a müsahibəsində Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva deyib. Həmin müsahibəni təqdim edirik:

Səidə xanım, universitet illəriniz necə keçib?

Universitet illərim çox maraqlı keçib. Çünki mən Ədil İsgəndərovun tələbəsi olmuşam. Ondan mükəmməl təhsil almışıq. O dövr sənət aləmi üçün də maraqlı idi. Hər kəs öz sənəti ilə məşğul olmağa can atırdı. O vaxt insanlar filmlərə böyük maraq göstərirdilər, teatrlara axın var idi. Sənətə olan sevgi çox saf və səmimi idi.

Universiteti bitirdikdən sonra Akademik Milli Dram Teatrına gəldim. Bu, artıq 47-ci mövsümdür ki, teatrın səhnəsindəyəm. Yaradıcılıq həyatım çox maraqlı keçib.

Sizin dövrünüzdə aktrisa olmaq daha çətin idi...

Əksinə, o dövrlərdə teatra böyük maraq var idi. Ailəm də mənə hər zaman dəstək olub. Ona görə də ciddi çətinliklərlə qarşılaşmamışam.

Azərbaycan teatrı və kino sənətinin inkişafı barədə nə deyə bilərsiniz?

Açığı, bu sual mənim üçün də çətindir. Çünki böyük bir inkişaf görmürəm. Elə bir film və ya tamaşa yoxdur ki, məni heyran etsin. Bəlkə də teatrlar hazırda müəyyən bir dəyişikliyə, silkələnməyə məruz qalır. Ancaq yaxşı ilə pisi ayırd etmək lazımdır. Hələ ki, ruhuma qida verən nə film, nə də tamaşa görürəm. Amma çox istərdim ki, olsun.

Buna səbəb nədir sizcə?

Dəqiq səbəbini deyə bilmirəm. Ola bilsin ki, yenilənmə prosesi gedir. Bizim dövrün aktyorları dünyasını dəyişdi, teatr və kino isə sanki cılızlaşdı.

Bu vəziyyət müsbətə doğru dəyişəcəkmi?

Bu heç də o demək deyil ki, sənət məhv olur. Mənə elə gəlir ki, hazırda bir keçid dövründəyik. Zamanla yaxşı aktyorlar, rejissorlar meydana çıxacaq və biz seçim edə biləcəyik.

Son dövrlər bir çox yeni seriallar çəkilir. Sizə də təkliflər gəlirmi?

Bəli, çox təkliflər alıram. Ancaq seriallarda çəkilmək istəmirəm. Çünki ssenariləri bəyənmirəm. Hətta bəzən ssenariləri aktyorlara oxumağa belə vermirlər. Çünki bunlar gündəlik yazılan, keyfiyyətsiz ssenarilərdir. Ümid edirəm ki, gələcəkdə vəziyyət yaxşıya doğru dəyişəcək.

Ən yadda qalan və sizə ən yaxın olan rolunuz hansıdır?

Mən bu fikirlə razı deyiləm ki, aktyorun yalnız bir və ya bir neçə xüsusi rolu olur. Çünki bizim sənətimiz zəhmət tələb edir. Hər bir obraz üzərində böyük əziyyət çəkirik. Oynadığımız rollar bizə doğmalaşır və onların hansının daha yaxşı olduğunu seçmək çətindir. Tamaşaçı üçün maraqlı və səviyyəli obrazlar yarada biliriksə, nə xoş bizə.

Əvvəlki tamaşaçılarla indiki tamaşaçılar arasında fərq varmı?

Tamaşaçılar çox dəyişib. İndi komediyaya daha çox üstünlük verirlər. Təəssüf ki, aşağı səviyyəli, “şit” komediyalar geniş yayılıb. Tamaşaçılar isə sadəcə əylənmək və gülmək istədiklərini deyirlər. Əlbəttə, əylənmək lazımdır, amma səviyyəli şəkildə.

Komediyanın məqsədi insanları düşündürmək və güldürməkdir. Təəssüf ki, indi “hırıldamaq” əsas şərt hesab olunur. Halbuki, qəlbdən gülmək daha önəmlidir.

Bu vəziyyətin əsas səbəbi nədir?

Çünki hələ də keyfiyyətli komediya ssenariləri yazılmır. Düşünülür ki, kiminsə ayağına və ya başına vurmaq, aşağı səviyyəli məişət ifadələrindən istifadə etməklə komediya yaratmaq olar. Mən bu cür səhnələrə baxanda gülmürəm, əksinə, əsəb keçirirəm.

Burada aktyor və aktrisaların günahı varmı?

 Xeyr, komediyada oynayan aktyorlar çox istedadlıdır. Keyfiyyətli ssenari və rejissor işi olsa, çox gözəl tamaşalar ərsəyə gələr. Mən aktyorları alqışlayıram, çünki zəif ssenarilərə baxmayaraq, öz işlərini layiqincə yerinə yetirirlər. Aktyor potensialımız var, sadəcə onu düzgün istiqamətləndirmək lazımdır.

Təbii ki, gənclərin zövqünə də bu təsir edir...

Əlbəttə! Gənclər bu cür komediyalarla böyüyür, onları təqlid edirlər. Nəticədə düşüncə tərzi cılızlaşır. Mən demirəm ki, hər kəs müdrik olmalıdır. Sadəcə, intellektual inkişaf lazımdır. Komediyalar və seriallar daha mənalı və səviyyəli olmalıdır. Teatr və kino vasitəsilə sosial problemləri qabartmaq və gənclərə doğru istiqamət vermək mümkündür. Amma bunun üçün əvvəlcə keyfiyyətli əsərlər lazımdır.

Televiziyaların rolu varmı bu vəziyyətdə?

Televiziyalar bərbad vəziyyətdədir. Hər yerdə eyni müğənniləri görürük. Bir kanaldan digərinə keçirlər, sadəcə paltar dəyişirlər. Televiziyalara yenilik lazımdır.

Sevdiyiniz və sizə ilham verən aktrisa olubmu?

Xeyr. Mən heç vaxt tək bir aktyor və ya aktrisaya fokuslanmamışam. Özümü də çox yüksəkdə görmürəm. Çünki sənət daim inkişaf etməlidir. Bu gün tamaşaçını qane edən ifam, sabah daha yaxşı olmalıdır. Əgər bunu bacarmıramsa, dayanmalıyam. Mən istəyirəm ki, tamaşaçı mənə baxanda təəccüblənsin.

Bugünkü aktyor və aktrisaların ən böyük səhvi nədir?

Təkrarçılıq. İnkişaf yoxdur, tənəzzül gedir. Baxdığım tamaşalar məni təəccübləndirmir.

Vaxtilə “Təhminə və Zaur” tamaşasında oynamışam. Təhminə obrazını Amaliya Pənahova, Zauru isə Fuad Poladov canlandırırdı. Mən də Firəngiz Mütəllimova ilə dublyor idim. O tamaşaya bilet tapmaq mümkün olmurdu! Tamaşaçılar zövqlü idi və teatrı qiymətləndirirdilər. Həmçinin “İblis” kimi monumental tamaşalarımız olub. O tamaşalara gələnlər onu ətrafındakı insanlara tövsiyə edirdilər. Beləliklə, teatr mədəniyyəti formalaşırdı. İndi də müəyyən tamaşalar var, amma əvvəlki səviyyədə deyil.

Gənclərə tövsiyələriniz nədir?

Aralarında çox istedadlı və savadlı gənclər var, amma təəssüf ki, azdırlar. Azərbaycanın gələcəyi gənclərin əlindədir. Hər bir insan öz üzərində işləməlidir. Öyrənməli, öyrətməli və inkişaf etməlidir.

Seyranə Quliyeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri