Icma.az
close
up
RU
İnfarktın simptomları və ilk yardım. Bu bilgilər sizin və yaxınlarınızın həyatını qurtara bilər!

İnfarktın simptomları və ilk yardım. Bu bilgilər sizin və yaxınlarınızın həyatını qurtara bilər!

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnfarkt (miokard infarktı) ürək damarlarının bağlanması nəticəsində inkişaf edən patoloji haldır.

Damar bağlananda qan ürəyə daxil olmur və ürək əzələsində 20 dəqiqədən sonra nekroz prosesi (ürək hüceyrələrinin məhv olunması) başlayır.

Həkimlər qeyd edir ki, xəstəyə infarkt başlayandan 1,5-2 saat (buna “terapevtik pəncərə” deyilir) ərzində ən effektli kömək etmək olar. 2 saatdan sonra müalicənin effektivliyi kəskin azalır, ağır pozulmaların (əlillik, ölüm) riski isə artır.

Bu səbəbdən infarktın diaqnozu nə qədər tez qoyularsa və xəstə xəstəxanaya nə qədər tez çatdırılarsa, onun həyatda qalmaq şansı da o qədər yüksək olacaq. Bu səbəbdən hər kəs infarktın simptomlarını və infarkt zamanı ilk yardım qaydalarını bilməlidir.

Saglamolun.az siziinfarktın əsas simptomlarıilə tanış edir:

- Ürək nahiyəsində çox güclü, dözülməz ağrı (xəstələr bu ağrını təsvir edəndə deyirlər ki, “ürəyə sanki xəncər batırıblar”). Ağrı stenokardiya ağrısından qat-qat daha güclüdür. Ağrı kürəyə, qola, çənəyə, qarının yuxarı hissəsinə yayıla bilər. Əgər siz ürək tutması zamanı adətən nitroqliserin qəbul edirsinizsə, infarkt zamanı nitroqliserin yardım etməyəcək.

- Ürəkbulanması, bəzən qusma

- Güclü narahatçılıq hissi (insan özünə yer tapa bilmir)

- Ölüm qorxusu

- Soyuq tər

- Güclü zəiflik

- Baş gicəllənməsi, bəzən bayılma

- Təngənəfəslik

- Ürək ritminin pozulması (gah tez-tez vurur, gah seyrəlir).

İlk yardım:

- Dərhal “təcili yardım” çağırın (tel - 103). İnfarkdan şübhə etdiyinizi qeyd edin.

- Xəstəni yarıoturaq vəziyyətdə otuzdurun (uzatmaq olmaz!)

- Otağın pəncərəsini açın ki, hava axını artsın

- Xəstənin yaxasını açın, kəmərini boşaldın

- 1 iri həb aspirin verin (xəstə onu çeynəməlidir)

- Xəstənin təzyiqi yüksəkdirsə, dilin altına nitroqliserin həbini qoyun. Hər 5 dəqiqədən bir nitroqliserin verin (3 dəfədən çox olmaz). Təzyiq aşağıdırsa və ya təzyiqi ölçməyə imkan yoxdursa nitroqliserin vermək olmaz, bu kollaps və komaya səbəb ola bilər.  

Bəzən elə olur ki, xəstə evdə təkdir. Bu halda imkan daxilində özünüzə yuxarıda sadalanan yardım edin və mütləq çöl qapısını açıq qoyun ki, bayılma baş verərsə həkimlər vaxt itirmədən evə daxil ola bilsin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri