Icma.az
close
up
RU
İnformasiya bəzən ordudan da təsirli olur ANALİZ

İnformasiya bəzən ordudan da təsirli olur ANALİZ

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Bir düzgün mesaj münaqişəni yumşalda bilir, bir yanlış xəbər münaqişəni alovlandıra bilir

 

“D-8 ölkələrinin Bakıda toplanması, təhdidləri açıq müzakirə etməsi və yeni əməkdaşlıq modelləri qurması yalnız media üçün deyil, bütün region üçün əhəmiyyətlidir"

 

Prezident İlham Əliyev Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezidentin köməkçisi Hikmət Hacıyev oxuyub. Müraciətdə vurğulanıb ki, bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir. Dövlət başçısı qeyd edib ki, keçən il Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib: "Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir". Prezident vurğulayıb ki, Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir: "Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində "D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq"u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir". Ölkə rəhbəri qeyd edib ki, qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir: "Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır. Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır. Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik".

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a deyib ki, bu forum D-8 ölkələrinin gələcək informasiya əməkdaşlığının yeni mərhələsinin başlanğıcı olacaq. Ekspert vurğulayıb ki, gündəliyə çıxarılan mövzular da çox yerindədir:

"Fikrimcə, "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" mövzusu bu gün medianın ürəyində duran əsas problemdir. İllərlə beynəlxalq müşahidələrim göstərir ki, medianın innovasiyasız ayaq üstə qalması mümkün deyil. Eyni zamanda, məsuliyyət və dəqiqlik itəndə informasiya xaosu yaranır, ictimai fikirdə parçalanma baş verir. Digər müzakirə mövzusunu "Strateji kommunikasiya və böhran idarə olunması" məsələsini də xüsusilə vacib sayıram. Çünki pandemiyada, regiondakı müharibələrdə, enerji böhranlarında hamımız gördük ki, düzgün kommunikasiya vəziyyəti tam dəyişə bilir. Avropa Komissiyasının hesabatı deyir ki, böhran zamanı yanlış və ya gecikmiş informasiya olan ölkələrdə ictimai panika 3 dəfə daha sürətli yayılır. Mən özüm də müxtəlif beynəlxalq platformalarda bunu dəfələrlə müşahidə etmişəm. İnformasiya boşluğu heç vaxt boş qalmır, onu dərhal manipulyasiya doldurur".

Ə.Şahidov bəyan edib ki, Azərbaycanın bu mühüm Foruma ev sahibliyi etməsi təsadüfi deyil:

"Bakı artıq uzun illərdir ki, həm regional kommunikasiya mərkəzi kimi formalaşıb, həm də beynəlxalq media dialoqu üçün etibarlı platformadır. Prezident İlham Əliyevin foruma müraciət ünvanlaması da onu göstərir ki, Azərbaycan bu tədbiri strateji səviyyədə qiymətləndirir və informasiya təhlükəsizliyini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi görür. Şəxsi təcrübəmdə informasiya bəzən diplomatiyadan da, ordudan da, siyasətdən də daha təsirli olur. Bir düzgün mesaj münaqişəni yumşalda bilir, bir yanlış xəbər münaqişəni alovlandıra bilir. Ona görə də D-8 ölkələrinin Bakıda toplanması, təhdidləri açıq müzakirə etməsi və yeni əməkdaşlıq modelləri qurması yalnız media üçün deyil, bütün region üçün əhəmiyyətlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri