Icma.az
close
up
RU
İngilis silahının Qafqaza yolu açıldı, yeni geopolitik dövr anons edildi: ABŞ və Qərb regionun təhlükəsizlik sistemini tamamilə dəyişir

İngilis silahının Qafqaza yolu açıldı, yeni geopolitik dövr anons edildi: ABŞ və Qərb regionun təhlükəsizlik sistemini tamamilə dəyişir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

ABŞ və Böyük Britaniyanın son addımları həm Azərbaycanın, həm də Ermənistanın suverenlik, eləcə də təhlükəsizlik sistemini gücləndirmək məqsədi daşıyır... Ağ Evdə və Londonda verilən qərarlar Cənubi Qafqazla bağlı strateji mesajdır, bu regionun indi artıq Qərbin təhlükəsizlik arxitekturasına daxil olunduğunu ifadə edir...

ABŞ və Qərbdən Cənubi Qafqaza yönəlik olduqca ciddi mesajlar verilir. Həmin mesajlara əsasən Qərb siyasi dairələrinin Cənubi Qafqazda “post-Rusiya dövrü”nə hazırlaşdıqlarını da təxmin etmək mümkündür. Belə ki, Böyük Britaniya hökuməti Azərbaycana və Ermənistana silah ixracına qarşı qoyulmuş embarqonu artıq ləğv edib. Rəsmi Londonun bu qərarı yalnız hərbi-texniki və ya siyasi-diplomatik dəyişiklik deyil. Bu, həm də Qərbin Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlandığını göstərən önəmli bir məqamdır.

Onu da qeyd etmək lazımdır ki, Böyük Britaniyanın Dövlət Departamenti üzrə naziri Stiven Dauti bəyan edib ki, bu addım “Vaşinqtonda ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə əldə olunan irəliləyiş” və “ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırması” ilə əlaqədardır. Britaniyalı nazir onu da bildirib ki, artıq rəsmi London Azərbaycan və Ermənistanla münasibətləri “strateji tərəfdaşlıq səviyyəsinə” qaldırır. Və bu tərəfdaşlıq ticarət, təhlükəsizlik, eləcə də müdafiə sahələrində geniş əməkdaşlıq formatını əhatə edəcək.

 

Bu qərar həm də onu göstərir ki, ABŞ-Böyük Britaniya tandemi, Cənubi Qafqazda Rusiya təsirini tamamilə neytrallaşdırmağa və regionu tamamilə Qərb təhlükəsizlik arxitekturasına inteqrasiya etməyə doğru irəliləyir. Böyük Britaniyanın silah embarqosunu ləğv etməsi “Tramp diplomatiyası” ilə sıx bağlıdır. Və ABŞ hazırda Cənubi Qafqazda Rusiyasız yeni təhlükəsizlik sisteminin konturlarını formalaşdırır.

ABŞ prezidenti Donald Donald Trampın təşəbbüsü ilə Ağ Ev regionda “dayanıqlı sülh” konsepsiyasına əsaslanan yeni siyasi-diplomatik çağırışların önünü açıb. Bu sistem Azərbaycanın və Ermənistanın münaqişəsiz, suveren və Qərblə əməkdaşlıq edən aktorlar kimi regional təhlükəsizlik arxitekturasına daxil olmasını nəzərdə tutur. Və bu baxımdan, Cənubi Qafqazda daha təhlükəsiz bir mərhələnin başlanma ehtimalı artır.

Məsələ ondadır ki, Böyük Britaniya bu yeni regional sistemdə ABŞ-ın “strateji operatoru” funksiyasını yerinə yetirir. Yəni, ABŞ-ın müəyyən etdiyi geopolitik çərçivəni müdafiə, enerji və təhlükəsizlik əməkdaşlığı vasitəsilə həyata keçirir. Bu, hətta “Britain Global Strategy 2023” sənədində də öz əksini tapıb. Rəsmi Londona görə, Avrasiya məkanında sabitliyin təminatı “Rusiya təsirinin məhdudlaşdırılması və Cənubi Qafqazda Qərb qurumlarının mövqeyinin gücləndirilməsindən” keçir.

 

Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun faktiki olaraq buraxılması və Böyük Britaniyanın embarqonu aradan qaldırması Qarabağ münaqişəsinin məhz Qərb tərəfindən bağlanmış hesab edildiyini göstərir. Bu, həm də regionda “post-münaqişə dövrü"nə keçidin geopolitik təsdiqi deməkdir. Yəni, rəsmi London və Ağ Ev artıq Cənubi Qafqazı Rusiya vasitəçiliyindən asılı bölgə kimi deyil, müstəqil və Qərblə əməkdaşlığa açıq geopolitik məkan kimi görür.

Beləliklə, Böyük Britaniya və ABŞ-ın bu qərarı, Rusiyanın vasitəçilik monopoliyasını formal şəkildə sonlandırır. Bu, Kremlin “sülhməramlı strategiyasının” beynəlxalq legitimlikdən məhrum qalması anlamına da gəlir. Böyük Britaniyanın qərarı sırf siyasi deyil və onun arxasında dərin geoiqtisadi maraqlar da dayanır. Rəsmi London artıq uzun müddətdir ki, Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas dayağı kimi qəbul edir. Xəzər qazı və nefti, Cənub Qaz Dəhlizi və Bakı-Tiflis-Ceyhan boru kəməri kimi geoiqtisadi layihələr Böyük Britaniyanın “enerji diplomatiyası”nın mərkəzindədir.

Digər tərəfdən, Ermənistanla əlaqələrin intensivləşməsi rəsmi Londona bu regiona ümumi logistika, texnologiya və maliyyə tranzit nöqtəsi kimi baxmaq imkanı yaradır. Bu baxımdan, Böyük Britaniya hər iki ölkə ilə bərabər səviyyədə əməkdaşlıq edərək, regionu Qərb iqtisadi və təhlükəsizlik sisteminə cəlb etməyi hədəfləyir. Yəni, silah embarqosunun ləğvi həm də enerji embarqosunun qarşısının alınması deməkdir. Çünki rəsmi London regiondakı tərəfdaşlarının hərbi-siyasi sabitliyini təmin etmədən enerji təhlükəsizliyini təmin edə bilməz.

Maraqlıdır ki, Böyük Britaniyanın bu qərarı Avropa Birliyi ilə münasibətlərdə də yeni dinamika yaradır. Fransa ağırlıqlı Brüssel xətti daha çox Ermənistanın təhlükəsizliyini və ona humanitar dəstəyi daha ön plana çəkir. Böyük Britaniya isə bölgədə balanslaşdırılmış geoiqtisadi və təhlükəsizlik yönümlü siyasət yürüdür. Bu baxımdan, Qərbin Cənubi Qafqaz siyasətində iki paralel model formalaş kimi görünür.

 

Belə ki, onlardan biri Avropa Birliyi və Fransanın formalaşdırmağa çalışdığı modeldir. Bu model əsasən Ermənistanın “Rusiyadan uzaqlaşdırılması”nı və demokratiya təsisatlarının gücləndirilməsini hədəfləyir. Digəri isə ABŞ-Böyük Britaniya model olaraq, regional balans, suverenlik və iqtisadi inteqrasiya üzərində qurulan “realpolitik” yanaşmadır. Ancaq buna baxmayaraq, son nəticə etibarilə, Qərb daxilində Cənubi Qafqaz strategiyası artıq vahid koordinasiyaya doğru yönəlmiş kimi görünür.

Göründüyü kimi, Böyük Britaniyanın silah embarqosunu ləğv etməsi Cənubi Qafqaz üçün “post-Rusiya dövrü”nün başlanğıcı hesab oluna biləcək addımlardan biridir. Bu, artıq təkcə regional sülh prosesinin deyil, həm də yeni geopolitik və geoiqtisadi balansın rəsmi anonsudur. Və Cənubi Qafqaz regionu ilk dəfədir ki, Kremlin vasitəçiliyindən tam kənarda, Qərbin geopolitik və təhlükəsizlik sisteminə doğru addımlayır.

Belə anlaşılır ki ABŞ və Böyük Britaniyanın son addımları həm Azərbaycanın, həm də Ermənistanın suverenlik və təhlükəsizlik səylərini gücləndirməklə yanaşı, həm də Cənubi Qafqazı Qərbin genişlənmiş təhlükəsizlik orbitinə daxil edir. Ağ Evdə və Londonda verilən qərarlar əslində, Cənubi Qafqazla bağlı strateji mesajdır və bu regionun indi artıq Qərbin təhlükəsizlik arxitekturasına daxil olunduğunu ifadə edir.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Oktyabr 2025 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see202

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see153

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see144

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see124

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see123

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see123

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see120

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri