Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir Sevil Mikayılova Daşkənddə IPU Assambleyasında FOTO

İnklüzivlik bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti tələb edir Sevil Mikayılova Daşkənddə IPU Assambleyasında FOTO

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti olmadan inklüzivlik mümkün deyil.

Trend xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olan vitse-prezidenti, Azərbaycanın Milli Məclisinin deputatı Sevil Mikayılova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IPU 150-ci Assambleyası çərçivəsində təşkil olunan Qadın Parlamentarilərin Forumunda çıxışı zamanı bildirib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir.

IPU-nun Gender Tərəfdaşlığı üzrə Qrupunu təmsil edən Səvil Mikayılova çıxışında Assambleyanın hazırkı sessiyasında nümayəndə heyətlərinin tərkibi üzrə aparılmış monitorinqin nəticələrini bölüşüb. Onun sözlərinə görə, qeydiyyatdan keçmiş nümayəndələrin 37,3 faizi qadınlardan ibarətdir. Bu, Assambleyanın son beş iclası ərzində ən yüksək göstərici olsa belə, 2021-ci ildə Madriddə və 2022-ci ildə Nusa-Duada qeydə alınmış rekord 39 faizlik göstəricidən aşağıdır. Eyni zamanda, yalnız kişilərdən ibarət nümayəndə heyətləri hələ də problem olaraq qalır - bu Assambleyada belə 7 nümayəndə heyəti var. Tamamilə qadınlardan ibarət nümayəndə heyətlərinin sayı isə sabit qalıb - 3 nümayəndə heyəti.

S. Mikayılova IPU-nun təcavüzlə mübarizə siyasətinin həyata keçirilməsində müsbət dəyişiklikləri də qeyd edib:

"Bu problem barədə maarifləndirmə işlərinin artırılması səylərini və IPU tədbirlərində iştirak edən hər kəs üçün təhlükəsiz mühitin yaradılması istiqamətində atılan addımları alqışlayırıq. 2025-ci ilin oktyabrında Cenevrədə keçiriləcək növbəti Assambleyada təcavüz hallarının qarşısının alınması ilə bağlı xüsusi təlimin təşkili təklif olunacaq - bu da təhlükəsizlik və bərabər hüquqlar mövzusunun təşkilatın ümumi mədəniyyətinin bir hissəsinə çevrilməsi yolunda növbəti addımdır".

Bundan əlavə, deputat bildirib ki, Gender Tərəfdaşlığı üzrə Qrup, ev sahibi ölkələrlə bağlanacaq razılaşmalara IPU-nun təcavüzlə mübarizə siyasətinin qeyd-şərtsiz şəkildə təmin olunmasına dair öhdəlik maddəsinin daxil edilməsini təşəbbüs kimi irəli sürüb. Forum çərçivəsində parlamentlərində qadın deputatların payı 10 faizi aşmayan ölkələrə də xüsusi diqqət yetirilib.

"Gender pariteti təkcə statistik göstərici deyil, bu, demokratiyanın yetkinlik səviyyəsi əks etdirən mühüm meyardır. Qadınların bərabər şəkildə iştirakı olmadan həqiqi inklüziv cəmiyyət qurmaq mümkün deyil", - deyə S. Mikayılova vurğulayıb.

Xatırladaq ki, IPU-nun 150-ci Assambleyası 2025-ci il aprelin 5-dən 9-dək Daşkənddə keçirilir. Tədbir çərçivəsində IPU-nun bütün nizamnamə orqanlarının, o cümlədən Rəhbər Şuranın, daimi komitələrin, Qadın Parlamentarilər və Gənc Deputatlar forumlarının iclasları təşkil olunub. Ümumi debatların əsas mövzusu parlamentlərin sosial inkişafa və ədalətin təmininə töhfəsi olub ki, bu da Assambleyanı beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevirir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see198

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see192

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see177

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri