Icma.az
close
up
RU
İnkvizisiya məhkəməsi ​​​​​​​ Bir rəsmin dedikləri

İnkvizisiya məhkəməsi ​​​​​​​ Bir rəsmin dedikləri

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Mətanət Teymurludur. Onunla məşhur ispan rəssamı Fransisko Qoyyanın "İnkvizisiya məhkəməsi" əsərindən danışmışıq.

Fransisko Qoyya (1746-1828) -  yaradıcılığının ilk illərində (1763-1808) rokoko üslubunda yüngül, dekorativ və parlaq tonlu əsərlər çəkib, saray freskaları və məişət səhnələrində bu təsiri əks etdirib. Sonrakı illərdə isə neoklassizm və romantizmdən (1780-1810) təsirlənərək daha realist və emosional portretlər yaradıb, 1819-1823-cü illərdə ekspressionist və tənqidi ruhlu "Qara rəsmlər" əsərlərini çəkib, 1824-1828-ci illərdə isə Bordoda litoqrafiya və eksperimental rəsmlərlə məşğul olub.

Onun "Kapriço" qravür seriyası cəmiyyətin eybəcərliklərini, cəhaləti və riyakarlığı ifşa edir, "Müharibənin fəlakətləri" insan qəddarlığının, müharibənin dəhşətlərinin canlı salnaməsi idi. "Saturn öz oğlunu yeyir", "Qarabaş", "İki qoca" kimi tablolar sənət dünyasında tayı-bərabəri olmayan dərin ekspressiv gücə malik əsərlərdir.

1792-ci ildə eşitmə qabiliyyətini itirdikdən sonra Qoyya əsərlərində insan qəddarlığını və dövrün eybəcərliklərini əks etdirməyə başlayır. "İnkvizisiya məhkəməsi" (1812-1819) əsəri də məhz bu mərhələnin məhsuludur. 

- Qoyyanın həyatı haqqında məlumatlı olanlar rəssamın İnkvizisiya mövzusuna təsadüfən müraciət etmədiyini bilir. Söhbətimizə elə buradan başlayaq.

- Fransisko Qoyya iki dəfə İspan İnkvizisiyasının qarşısına çıxmaq məcburiyyətində qalıb. Bu, ilk dəfə 1799-cu ildə "Los Caprichos" qravür seriyası səbəbindən, ikinci dəfə isə 1815-ci ildə "Çılpaq maxa" tablosunun inkvizisiya tərəfindən müsadirə olunması ilə əlaqədar baş verib. Hər iki halda ciddi cəzadan yayınsa da, bu hadisələr onun sənətinə və dünyagörüşünə dərin təsir göstərib. Yağlı boya ilə taxta lövhə üzərində çəkilmiş bu əsər Qoyyanın yaşadığı dövrdə liberalların dəyişməsini arzuladığı, lakin VII Ferdinandın avtoritar siyasəti səbəbindən qorunan ənənələri əks etdirir.

- Əsərin rəng həlli necədir?

- Əsərdə tünd və tutqun rənglər üstünlük təşkil edir ki, bu da səhnənin dramatik və qorxulu atmosferini gücləndirir. Qoya burada işıq və kölgə oyunlarından istifadə edərək tamaşaçıda qorxu və narahatlıq hissi oyadır. Əsas fiqurların üzləri solğun və ifadəsizdir, bu da onların gücsüzlüyünü və zülmə qarşı laqeydliyini vurğulayır.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Tabloda İspan İnkvizisiyası məhkəməsinin həyata keçirdiyi "iman aktı" mərasimi təsvir edilir. Qoyya bu institutun qəddarlığını öz rəsmlərində dəfələrlə təsvir edib. "Hubo remedio" - Kömək yoxdur və "Aquellos polbos" - "O tozlar" qravüraları da İnkivizasiyanı əks etdirən vacib əsərlərdəndir. O, eyni zamanda, dövrünün müharibələrini və sosial kataklizmlərini rəsmləri vasitəsilə sənədləşdirib. İspan İnkvizisiyası 1478-ci ildə Katolik inancını qorumaq məqsədilə yaradılıb. Bu mərasimdə altı konverso (zorla xristianlaşdırılmış yəhudi) tonqalda yandırılıb.  Mərasimlər əsasən, bidətçilərin və Katolik Kilsəsinə qarşı çıxanların ictimaiyyət qarşısında utandırılması və mənən sarsıdılması üçün təşkil olunurdu. Məhkumlar ağır işgəncələrə məruz qalır və yalnız son anda öz ittihamları ilə tanış edilirdi. Əsərdə kilsə binasında baş tutan məhkəmə təsvir olunub. Səhnənin mərkəzində hündür, sivri uclu Koroza (kapirote) papağı və sanbenito geyimi ilə dörd müttəhim görünür. Mərkəzdəki fiqurların geyimlərinin üzərində alov təsvirləri var bu, onların tonqalda yandırılacağını göstərir.

Qoyyanın tablosunda hakim rahat şəkildə, sanki bir tamaşa izləyirmiş kimi oturub, inkvizitor isə Roma imperatorları kimi hökm oxuyaraq insan həyatını əlinin içində tutan qətiyyətli bir jest edir. Arxa planda gözləri bağlı, itaət etməyə məcbur edilmiş kütlə isə totalitar rejimin gücünü və fərdi azadlığın məhv olduğunu simvolizə edir. Əsərdə heç bir fiqurun üzü aydın şəkildə verilməyib. Nəticədə, insanların günahsız yerə ittiham edilmələri əsrlərdən gələn bir haldır. Bu vəziyyətə heç kim səs çıxartmır, məhbusları ölümə tərk edirlər.

İnkvizitorlar və ruhanilər məhkumları əhatə edib, arxa planda isə sıxlıq içində kilsə interyerini dolduran bir izdiham görünür. Ön plandakı fiqurlar detallı və aydın işıqlandırılıb, fon isə qaranlıqda itən insan kütləsi və qotik üslublu memarlıqla doludur. Rəng kontrası ilə vəziyyət daha da gərginləşib.

- Tablo hazırda harada saxlanılır?

- İlk sahibi Manuel Qarsiya de la Prada olan bu əsər hazırda Madridin "Real Academia de Bellas Artes de San Fernando" kolleksiyasında saxlanılır.

- Bu rəsmdə Qoyya yaradıcılığının hansı xarakterik xüsusiyyətlərini aydın görürük?

- Qoyya burada da digər əsərləri kimi, ölüm və qorxu mövzularını üzə çıxarır. Əsərdəki qaranlıq atmosfer, onun "Qara Rəsmlər"i ilə oxşardır; həm burada, həm də digər əsərlərində insanın içindəki dəhşət və qorxu vurğulanır. Qoyyanın saray rəssamı olaraq çalışdığı dövrdə çəkdiyi portretlər və məişət səhnələri çox daha işıqlı və harmoniyalı olsa da, İnkvizisiya Məhkəməsində təzahür edən qaranlıq, tənqidi yanaşma, onun zamanla öz bədii dilini necə dəyişdiyini göstərir. Sarayın zənginliyi və nəcibliyini tərənnüm edən əsərlərinin əksinə olaraq rəssam bu tabloda cəmiyyətdəki ədalətsizlik və zorakılığı göz önünə sərir. Rəsmin üstündəki sosial və dini tənqid, Qoyyanın yaşadığı dövrün çətinliklərini və ölkə daxilindəki qarışıqlıqları əks etdirir. Rəssamın "İnkvizitor Məhkəməsi" ilə digər əsərləri arasındakı əsas fərq, burada daha çox ekspressionist bir yanaşma, daha qorxulu və mürəkkəb simalar ilə üzləşməyimizdədir. Nəticə etibarilə, bu əsər yalnız Qoyyanın bədii inkişafını deyil, həm də zamanla onun dünyaya baxışını dəyişdiyini göstərir.

- Bu əsər bizə nə deyir?

- "İnkvizisiya məhkəməsi" tablosu yalnız tarixi bir hadisəni təsvir etmir, həm də azadlıq və hakimiyyət arasındakı qarşıdurmanı simvolizə edir. Bu baxış tərzi Fyodor Dostoyevskinin Karamazov qardaşları əsərində İvanın "Böyük inkvizitor" şeirindəki fəlsəfəsinə  bənzəyir. Dostoyevski və Qoyya əsərlərində dini hakimiyyətin əsl mahiyyətini ifşa etməyə çalışıblar. Hər iki sənət əsərində inkvizitorlar insanlara itaət etməyi, fərdi iradədən imtina etməyi və kilsənin avtoritetinə tabe olmağı məcbur edirlər. İnkvizitorların əsas arqumenti budur ki, insan azadlığı ağır bir yükdür və əksər insanlar bunu daşıya bilməzlər. Azadlıq qorxulu və çarəsizlik gətirən bir gücdür. Buna görə də insanlar güclü bir iradəyə və rəhbərə ehtiyac duyurlar.

Qoyyanın yaradıcılığı təkcə sənət deyil, həm də bir epoxa, bir düşüncə tərzi və bir insanın daxili mübarizəsinin əks-sədasıdır.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri