İnşaat sektorunda vəziyyət dəyişir: Evlərin qiyməti bahalaşacaq? VACİB AÇIQLAMA KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanda inşaat bazarındakı dəyişikliklər daşınmaz əmlak sektoruna birbaşa təsir göstərməkdə davam edir. Son illər ərzində armatur və digər tikinti materiallarının bahalaşması ilkin bazarda mənzil qiymətlərinin artmasına səbəb olub”.
Bu fikirləri Əmlak məsələləri üzrə ekspert Elnur Azadov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Tarixi müqayisələr göstərir ki, bu tendensiya yeni deyil. Məsələn, 2006-cı ildə armatur məhsullarının qiyməti 600 manatdan 1000 manata qədər yüksəlmişdi və bu, daşınmaz əmlak bazarında ciddi bahalaşmaya gətirib çıxarmışdı. Oxşar hal 2021-ci ildə də təkrarlandı. Həmin il armaturun qiyməti 780 manatdan 1200 manata qədər bahalaşdı. Bahalaşmanın əsas səbəblərindən biri isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı inşaat işlərinin başlanması oldu.
Eyni zamanda, 2022-ci ildən etibarən Rusiya-Ukrayna müharibəsi və rus rublunun bahalaşması fonunda ölkəyə idxal olunan bəzi inşaat materiallarının, xüsusilə də taxta və şalban məhsullarının qiymətlərində artım müşahidə olunub. Bu faktorlar inşaat sektorunda qiymətlərin qalxmasına birbaşa təsir göstərib”.
Ekspert qeyd edib ki, hazırkı vəziyyətdə isə tikinti materiallarının satış həcmi azalmaqdadır.
“Fərdi alıcıların inşaat materiallarına olan tələbatı zəifləyib, yeni yaşayış komplekslərinin sayı da son dörd il ərzində əhəmiyyətli dərəcədə azalıb.
Qiymətlərin sabit qalmasında əsas faktir kimi rəqabət amili göstərilir. Rəqabətin yüksək olduğu sahələrdə qiymətlər stabil qalsa da, rəqabətin zəif olduğu sahələrdə, xüsusilə armatur və sement məhsullarında qiymət artımı yüksək səviyyədə qalmaqdadır. Bu sahələrdə yerli istehsalçıların sayı az olduğu üçün bazarda dominant mövqe tutan şirkətlər qiymət siyasətini müəyyənləşdirir”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 İyun 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















