Icma.az
close
up
RU
İnsult və infarkt buna görə artıb Tanınmış cərrah çağırış etdi

İnsult və infarkt buna görə artıb Tanınmış cərrah çağırış etdi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər ölkə ərazisində insult və infarkt hallarının kütləvi şəkildə artması müşahid olunur. İsti hava şəraiti xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, baş verənləri yalnız bir amillə izah etmək doğru olmaz, lakin yay aylarında müşahidə olunan yüksək temperatur və rütubət ürək-damar sisteminə əlavə yük yaradır.

Deputatın sözlərinə görə, isti havanın orqanizmə mənfi təsirləri bilavasitə kəskin tutmalara yol aça bilər:

"İsti havada orqanizm daha çox maye itirir, nəticədə qan qatılaşmağa meyllənir və ürək daha intensiv işləməyə məcbur olur. Bu vəziyyət xüsusilə arterial hipertenziyası, şəkərli diabeti, aterosklerozu, ürək ritm pozğunluğu və digər kronik ürək-damar xəstəlikləri olan insanlarda infarkt və insult riskini kəskin artırır.

Bundan əlavə, elektrolit balansının pozulması, kondisionerli mühitdən kəskin istiyə çıxmaq, fiziki gərginlik və kifayət qədər su qəbul etməmək də riski yüksəldən əsas amillərdəndir. Həkim olaraq deyə bilərəm ki, isti hava bu xəstəliklər üçün ciddi risk faktorudur, lakin yeganə səbəb deyil".

Rəşad Mahmudov xüsusilə risk qrupuna daxil olan vətəndaşlara çağırış edərək ehtiyatlı olmağı tövsiyə edib:

"Risk qrupundakı şəxslərə günün ən isti saatlarında, xüsusilə günortadan sonra açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və həkim tərəfindən təyin olunmuş dərmanları müntəzəm istifadə etməyi tövsiyə edirik.

Əgər hər hansı bir şəxsdə sinə ağrısı, nitq pozğunluğu, qol və ya ayaqda qəfil zəiflik kimi əlamətlər yaranarsa, vaxt itirmədən dərhal təcili tibbi yardıma müraciət edilməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2026 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri