Icma.az
close
up
RU
İnteqrasiya üçün effektiv platforma

İnteqrasiya üçün effektiv platforma

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev iştirak etdiyi hər bir beynəlxalq tədbirlərdə olduğu kimi oktyabrın 10-da Düşənbədə reallaşan MDB Dövlət Başçıları Şurasının Sammitində də ölkəmizi yüksək səviyyədə təmsil etdi. Müstəqil Azərbaycanın milli maraqlarının müdafiəsini hər zaman önə çəkən Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da ölkəmizin təşəbbüslərinin təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə, humanitar əlaqələrin genişlənməsinə, həmçinin regional tərəfdaşlığın yeni mərhələyə keçidiyindən xəbər verdi.

MDB çərçivəsində dövlətlərin əməkdaşlığını siyasi müstəvidə olduğu kimi, mədəni, sosial və humanitar sferalarda strateji prioritet kimi dəyərləndirlir. Azərbaycan da öz növbəsində üzv ölkələrlə iqtisadi və mədəni sahələrdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın ardıcıl və dinamik inkişaf etməsinə mühüm töhfələr verir.
Mötəbər tədbirdəki çıxışında Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Tacikistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan və tacik xalqı arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. 90-cı illərinin əvvəlində Ulu Öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlərə, əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə veriblər. Bu günkü ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı da məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin, hər iki ölkə rəhbərinin gərgin, səmərəli əməyinin nəticəsidir. Son illər ərzində Azərbaycanın və Tacikistanın prezidentlərinin qarşılıqlı işgüzar səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərinin, müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın daha da yüksəlməsinə səbəb olub. Hər iki ölkənin rəhbərliyi arasında formalaşmış etimad mühiti regional sabitliyin, iqtisadi tərəfdaşlığın və dayanıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirən ölkə Prezidenti İlham Əliyev çıxışında onu da qeyd edib ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.
Düşənbə çıxışında MDB məkanında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verən dövlətimizin başçısı İlham Əliyev sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində keçirilən III MDB Oyunlarını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. MDB çərçivəsində humanitar əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edən nüfuzlu idman platformasında 13 ölkədən 1600-dən çox idmançı iştirak edib. Dahi Nizami yurdu Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində ilə keçirilən yarışlar MDB məkanında birliyin, həmrəyliyin təntənəsi oldu.
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında səslənən fikirlər göstərdi ki, regionda qarşılıqlı anlaşma, təhlükəsizlik və iqtisadi tərəfdaşlıq üçün daha böyük addımlar atılacaq.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri